• Şikayət et

Azərbaycan və Özbəkistanın turizm şirkətləri əməkdaşlıq edəcək -

28 sentyabr – 6 oktyabr tarixlərində Azərbaycanın 30-a yaxın kiçik və orta sahibkarı Özbəkistanda işgüzar səfərdə olub. Metbuat.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və "Marsol" MMC-nin təşkilatçılığı ilə baş tutmuş səfərdə inşaat, turizm, logistika, qida, tekstil, İKT, reklam, mühasibatlıq, istehsal və xidmət sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər. Səfərin məqsədi Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, Özbəkistan şirkətləri ilə biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulması olmuşdur.

İşgüzar səfər çərçivəsində sahibkarlarımız Daşkənd şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan meydanda abidəsinin önünə əklil qoyublar. İş adamları Daşkənddə Özbəkistanın Ticarət və Sənaye Palatası, Sahibkarlığın İnkişafı Agentliyi, Özbəkistandakı Azərbaycan Səfirliyi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Özbəkistandakı nümayəndliyində bir sıra görüşlər keçirib, “Aquatherm Tashkent”, “UzETechExpo 2022” və “OzuPACK – OZBEKinPRINT 2022” sərgilərində iştirak ediblər. Səmərqənd şəhərində sahibkarlarımız müxtəlif istehsal müəssisələrində olublar. Azərbaycan iş adamlarının Özbəkistana səfəri çərçivəsində Buxara şəhərində hər iki ölkənin sahibkarlarının iştirakı ilə əməkdaşlığa dair forum keçirilib, Azərbaycan və Özbəkistanın turizm şirkətləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

0
1240
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar