Azərbaycan xalqının xilaskarı əbədiyaşar Ulu Öndərimiz Heydər Əliyev

Heydər Əliyev nəinki Azərbaycanın, dünyanın  nadir, sayılıb seçilən siyasi şəxsiyyətlərindən idi.

Dünyanın  məhşur, nəhəng siyasətçiləri etiraf edirlər ki, Heydər Əliyev elə bir siyasi düha idi ki, beynəlxalq səviyyədəki siyasi qərarlara təsir edəcək gücə, nüfuza və şəxsi keyfiyyətlərə sahib idi. Heydər Əliyevin siyasi gücü sanki Allah vergisi idi.O, həmişə gücün siyasətinə  qarşı siyasətin gücünü qoyurdu. 1993-cü ildə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev ölkəmizi parçalanmaq təhlükəsindən xilas etdi. XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. 1993-cü ilin iyununda Xalq Cəbhəsi-Müsavat qruplaşmasının hakimiyyəti (daha doğru desək hakimiyyətsizliyi) ölkədə siyasi,iqtisadi-sosial böhran son həddə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. 1991- 1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq dövrü kimi xatırlanır.

Siyasi hadisələrə qiymət verə bilməyən, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan siyasətbazların ölkəmizə rəhbərlik etməsi ilə vətənimiz ağır bir dönəmə qədəm qoymuşdu. Bu vəziyyətdən məhz o dahi şəxsiyyət bizi qurtardı. Ümummilli lider Heydər Əliyev deyirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi.

Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”. İyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən  Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır. Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.

1993-cü il oktyabrın 3-də Ümummilli lider xalqımızın mütləq əksəriyyəti tərəfindən ölkə Prezidenti seçildi. Heydər Əliyev prezident seçildikdən sonra ölkədə ciddi dəyişikliklər həyata keçirdi və ölkəmiz sözün əsl mənasında məhv olmaqdan,müstəqilliyini itirməkdən xilas oldu. Bu gün Heydər Əliyevin inkişaf strategiyasını İlham Əliyev yeni müstəvidə,reallıqları nəzərə alaraq uğurla davam etdirir. Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərb miqyasında sözünün keçəri, hörməti olan lider idi. O, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. Bu iki məqam onu həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən professional cizgilərdəndir.

Ümummilli liderimiz 12 Dekabr 2003-cü ildə gözlərini dünyaya yumsa da, qəlbimizdə yaşayır və Azərbaycan xalqı var olduqca əbədi olaraq yaşayacaqdır. Müasir müstəqil Azərbaycanın inkişafı,bugünkü   qüdrəti,müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının Vətən müharibəsində möhtəşəm Qarabağ Zəfəri məhz Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasi yolun ölkəmizdə möhtərəm Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi,Azərbaycan xalqının başını uca etdi.Əminik ki,Ulu Öndərin ruhu şaddır, Azərbaycan xalqının Vətən müharibəsində qələbəsi Heydər Əliyevin  Şah əsəri olan müasir Azərbaycanın böyük Zəfəridir. Ruhun şad olsun,Ümummilli Liderimiz,əmanətiniz etibarlı əllərdədir!!


Fuad Heydər,

YAP Səbail rayon təşkilatının məsləhətçisi, rayon Gənclər Birliyinin sədr müavini.

0
111
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar