• Şikayət et

"Azərbaycanın Regionlarında oftalmoloji yardımın optimallaşdırılması” mövzusunda XI regional konfrans keçirilib

24 may 2022-ci il tarixində Şəki şəhərində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə “Azərbaycanın Regionlarında oftalmoloji yardımın optimallaşdırılması” mövzusunda XI regional konfrans keçirilib.


Konfransda Bakıdan və bir çox regionlardan tanınmış mütəxəssis və alimlər iştirak ediblər.

 

Tədbirin keçirilməsində məqsəd oftalmologiyada baş verən yenilikləri, aktual məsələri müzakirə edərək Azərbaycan oftalmologiyasının, həmçinin region həkimlərinin inkişafına dəstək olmaqdan ibarətdir.

 

Konfransı giriş sözü ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, prof. Elmar Qasımov açaraq ölkəmizdə oftalmologiyanın inkişafı ilə bağlı görülən işlərdən danışıb, tədbirin işinə uğurlar arzulayıb.

 

Daha sonra AOC-un sədr müavini, t.ü.f.d. Yazgül Abdıyeva “Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 5 illik fəaliyyəti və gələcək planları” mövzusunda məruzəsini təqdim edib.

 

Tədbirdə “Səki-Zaqatala iqtisadı rayonunda pediatrik patologiyaya dair”, “Şəki rayonunda oftalmoloji xidmətin dünəni və bu günü”, “Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının fəaliyyətinə dair”, “Azərbaycanda buynuz qişanın transplantasiyasına səbəb olan patoloji hallar”, “2020-2022 çi illər ərzində Şəki Rayon Mərkəzi Xəstəxanasına görmə orqanı zədələri ilə olan müraciyyətlərin klinik-statistik analizi” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

 

Sonra prof. Elmar Qasımov tərəfindən 2020-2021-cil illərdə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin keçirdiyi vebinar və konfranslarda fəal iştiraklarına görə Türkiyədən olan bir qrup alimin Fəxri fərmanlarla təltif olunacağını diqqətə çatdırıb.

 

Konfrasda, həmçinin 44 günlük Vətən müharibəsində iştirak etmiş həkimlərə “Əhalinin sağlamlığının qorunması sahəsində fəaliyyətinə görə” Fəxri fərmanlar təqdim olunub.

    Mənbə:
    0
    134
    0
    0 şərh

    Ən çox oxunanlar

    • Bugün
    • Həftə
    • Ay

    Son şərhlər

    Trenddə olanlar