Azərbaycanın şokolad markaları Dubayda marağa səbəb olub

(®️) Ölkənin aparıcı qənnadı fabriki olan Uduz Şokolad Fabriki (“Veysəloğlu-Yaycılı Qardaşlar” MMC) növbəti beynəlxalq sərgidə iştirak edib. Hər il müxtəlif sərgilərdə iştirak edən fabrik, bu dəfə “Gulfood 2021” beynəlxalq sərgisində Azərbaycanı təmsil edib.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən sərgidə “Made in Azerbaijan” brendi altında məhsullarını sərgiləyən Ulduz fabriki özünün innovativ çeşidləri ilə müştərilərin marağına səbəb olub. Sərgi zamanı “Ulduz”un əsasən “Tango”, “Gigabyte” və “Enershock” markaları daha çox diqqəti çəkib. Hazırda 20-yə yaxın ölkəyə məhsul ixrac edən Ulduz Şokolad Fabriki bu sərgi zamanı bir sıra ərəb ölkələri ilə, xüsusilə Yəmən, Livan və Kotdivuardan olan müştərilərlə danışıqlar apararaq, yeni əməkdaşlığa dair ilkin razılaşmalar əldə edib.

Qeyd edək ki, “Gulfood 2021” beynəlxalq sərgisində iştirak İqtisadiyyat Nazirliyinin birbaşa dəstəyi ilə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutub. 21 fevralda başlayan sərgi beş gün davam edib.

Uduz Tango Gigabyte Enershock Şokolad Fabrik Made in Azerbaijan Veysəloğlu
Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
914
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar