Tanınmış uroloji cərrah və transplantoloq, Respublika Diaqnostika Mərkəzinin Böyrək xəstəlikləri və transplantologiya şöbəsinin müdiri, tibb elmləri doktoru Rəşad Şolan Özbəkistanın Namanqan Dövlət Universitetinin fəxri professoru seçilib.
Aztibb.az xəbər verir ki, o, universitetin Böyük Elmi Şurasının qərarı ilə fəxri professor seçilib.
Fəxri professor diplomunu universitetin rektoru azərbaycanlı alimə təqdim edib.