“Azərkosmos” 31 ölkəyə 22 milyon dollarlıq xidmət göstərib

Bu ilin yanvar-iyun aylarında “Azərkosmos” ASC 31 ölkəyə 22 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.

Ölkə.az xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın iyul buraxılışında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 14,8% və 2,3% çoxdur.

“Azərkosmos”un ixrac gəlirləri onun ümumi gəlirlərinin 90%-ni təşkil edib. Bu isə illik müqayisədə 1 faiz bəndi çoxdur.

2021-ci ilin iyun ayında isə “Azərkosmos” 24 ölkəyə 2,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Bu da 1 il əvvələ nisbətən müvafiq olaraq 20% və 8,3% çoxdur.

Mənbə:
0
497
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar