<p style="text-align:;" justify;">Valideynlər çox vaxt uşaqları tərəvəzə öyrətmək kimi çətin bir vəzifənin öhdəsindən gələ bilmirlər. 
 <p style="text-align:;" justify;">Hollandiyadakı Qida, Sağlamlıq və Təhlükəsizlik İnstitutunda Uşaq Qidalanma Proqramını idarə edən Brit van Belkom bildirib ki, tərəvəzləri erkən yaşlardan pəhrizə daxil etmək vacibdir.
 <p style="text-align:;" justify;">Aztibb.az medikforum.ru-ya istinadən xəbər verir ki, əvvəlki araşdırmalara əsasən azyaşlı uşaqlar adətən təzə tərəvəzi bəyənməmişdən əvvəl 8-10 dəfə dadını yoxlayıblar. 
 <p style="text-align:;" justify;">Tədqiqat zamanı uşaqlara davamlı olaraq, üç ay ərzində müxtəlif tərəvəzlərdən nümunə götürmək təklif olunub və onların öz seçimlərini necə dəyişdiyi araşdırılıb.
 <p style="text-align:;" justify;">Müvafiq proqrama bir yaşından dörd yaşa qədər 600-ə yaxın uşaq cəlb olunub. 
 <p style="text-align:;" justify;">Bir qrup uşaqlara bunun qarşılığında stiker və s. kimi adi mükafatlar təklif edilib. 
 <p style="text-align:;" justify;">Yeni araşdırma göstərib ki, kiçik uşaqlar mükafatlar aldıqda, daha çox tərəvəz yeyirlər.
“Reabilitasiya vasitələrinin sayı ötən ilə nisbətdə artıb. Ümumilikdə reabilitasiya vasitələrinin sayı 50-dən çoxdur. Bura səs, danışan kitab, səsli termometr, ortopedik döşək aiddir.
Aztibb.az APA-ya istinadla xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov deyib.
Onun sözlərinə görə, əlilliyi olan insanlar üçün bu sayın artması ilə bağlı siyahı tərtib edilir:
“Bura, görmə və eşitmə əngəlli insanlar üçün vasitəni aid etmək olar ki, əvvəlki siyahıda o yoxdur”.
O deyib ki, mərkəzdə eşitmə cihazları mövcuddur:
"Eşitmə cihazı təmin olunması üçün vətəndaşlar özü mütləq gəlməlidir. Həmçinin qulağa uyğun qəlib hazırlanır. Bunun üçün təyinat olmalıdır. Amma hazırda mərkəzdə gözlə bağlı aparat yoxdur, bununla bağlı işlər gedir. Gələcəkdə gözlə bağlı aparatın olacağı da gözlənilir".
Tanınmış uroloji cərrah və transplantoloq, Respublika Diaqnostika Mərkəzinin Böyrək xəstəlikləri və transplantologiya şöbəsinin müdiri, tibb elmləri doktoru Rəşad Şolan Özbəkistanın Namanqan Dövlət Universitetinin fəxri professoru seçilib.
Aztibb.az xəbər verir ki, o, universitetin Böyük Elmi Şurasının qərarı ilə fəxri professor seçilib.
Fəxri professor diplomunu universitetin rektoru azərbaycanlı alimə təqdim edib.
Saatlı Rayon Mərkəzi Xəstəxanasının İnsan resursları şöbəsinin kadrlar üzrə mütəxəssisi Sadiq Nərimanov çalışmanın son həddinə görə 30 illik əmək fəaliyyətini başa vurub.
Rayon Xəstəxanasından Aztibb.az-a bildirilib ki, Sadiq Nərimanov 30 illik fəaliyyəti dövründə kollektivin hörmətini qazanıb, nümunəvi işçi olub.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri başa çatıb.
TƏBİB-dən Aztibb.az-a verilən xəbərə görə, yanvarın 30-dan fevralın 3-dək Dubay Dünya Ticarət Mərkəzində keçirilən sərgidə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, İcraçı direktorun müşaviri Pərvin Əkbərov, İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova, Strateji təhlil və inkişaf departamentinin Proseslərin optimallaşdırılması və inkişaf şöbəsinin müdiri Ziya Məmmədzadə, İctimaiyyətlə əlaqələr və marketinq departamentinin Marketinq şöbəsinin məsləhətçisi Orxan Həsənov iştirak ediblər.
Pərvin Əkbərov və Orxan Həsənov fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Future Health Summit”də iştirak edib. Sözügedən konfrans dünyanın ən böyük səhiyyə sərgilərindən hesab edilən “ArabHealth 2023”ün əsas tədbirlərindən biridir.
Dubayın məşhur “Gələcəyin muzeyi”ndə keçirilən konfrans dünyada tibb sənayesinin aparıcı liderləri ilə əlaqə qurmaq və “Metaverse”nin səhiyyədə genişlənən rolunu müzakirə etmək üçün önəmli imkanlar yaradıb.
Sağlamlığın gələcəyini araşdırmaq konfransın əsas xəttini təşkil edib.
“Metaverse” səhiyyə və texnologiyanın səmərəli qarşılıqlı əlaqəsini əks etdirir. Konsepsiya xəstələrin nəticələrini yaxşılaşdırmaq üçün süni intellektdən, virtual reallıqdan faydalanaraq səhiyyəyə təsir etmək vasitələrinə malikdir.
“Future Health Summit”də “Sağlamlığın və tibbin gələcəyi”, “Metaverse” bizi hara apara bilər?”, “Metaverse”də səhiyyənin gələcəyi nədir?”, “Səhiyyənin gələcəyi: uzunömürlülük” və s. sessiyalar dinlənilib.
<p style="text-align:;" justify;">Trakya Universitetinin professoru Sərvət Altay ürək xəstələrinin soyuq havalarda qidalanmasına və həyat tərzinə diqqət etmələrini bildirib. 
 <p style="text-align:;" justify;">Aztibb.az cumhuriyet.com.tr-yə istinadən xəbər verir ki, soyuq havanın insan orqanizminə mənfi təsir etdiyini deyən professor xüsusilə ürək xəstələrinin sinə nahiyəsini isti tutaraq çölə çıxmalarını tövsiyə edib. 
 <p style="text-align:;" justify;">“Soyuq havada bayıra çıxanda damarlarda daralma müşahidə olunur. Bu, ürək damarlarına da aiddir. Belə vəziyyət həm ürəyin oksigenlə təminatını pozur, həm də onun enerji ehtiyacını artırır. Buna görə də qış aylarında ürək xəstələrində sinə ağrısı və infarkt riski artır. Odur ki, ürək xəstələri soyuq havalarda xüsusilə diqqətli olmalıdırlar”, – mütəxəssis bildirib. 
 <p style="text-align:;" justify;">Xüsusilə səhər və axşam saatlarında şaxtanın təsirli olduğu vaxtlarda çox çölə çıxmamalıdırlar. Evin bir otağı çox isti, digər otaq isə çox soyuq olduqda infarkt riski arta bilər. Ona görə də otaqların bərabər qızdırılması məsləhətdir. 
 <p style="text-align:;" justify;">Qışda enerji ehtiyacının və qidalanma tezliyinin artdığını deyən S.Altay həm enerji ehtiyacını ödəyəcək, həm də ürək xəstələrinə zərər verməyəcək qidaların istehlak edilməsini zəruri sayıb. Qeyd edib ki, qışda balıq istehlakı çox faydalıdır. Əlavə edib ki, şəkəri yüksək və lifi az olan qidalardan çəkinin. Qidalanma xüsusiyyətləri yüksək olan paxlalılara üstünlük verilməlidir. Bundan əlavə, tərəvəzlər istehlak edilməlidir. Qırmızı ət istehlakını azaltmalı və qızardılmış qidalardan uzaq durmalısınız.
İnfeksion endokardit - daxili ürək səthi olan endokardın və ona bitişik damarların, habelə ürək qapaqlarının infeksiyası və ya iltihabıdır.
Aztibb.az xəbər verir ki, bu barədə Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.
Həkim endokarditin səbəb olduğu şikayətləri sadalayıb:
hərarət, tərləmə
ümumi zəiflik, yorğunluq
sinədə ağrı, taxikardiya
bədən çəkisinin azalması
quru dəri və retinaya qanaxma
Onun sözlərinə görə, müalicə - antibiotik terapiyası, mexanik ağırlaşmalar zamanı isə cərrahi müdaxilədən ibarətdir. Ürək çatışmazlığı yaradan və ölümlə nəticələnə bilən infektiv endokarditdə müalicə effektiv deyil və mütləq əməliyyat olunmalıdırlar. Həmçinin ürək çatışmazlığı olan xəstələr, emboliya riski olan xəstələr və nəzarətsiz infeksiyası olan xəstələr (daimi infeksiya, təkrarlanan qapaq endokarditi, abses, anevrizma, fistula) - əməliyyata göstərişdir.
"İnfektiv endokarditin cərrahi müalicəsi qapağın təmiri və ya dəyişdirilməsindən ibarətdir. Qapaq dəyişimi döş sümüyü açılmadan kiçik kəsik ilə icra olunur", - deyə Cabir Gülmalıyev bildirib.
"Həkimlərimizi tanıyaq!" rubrikamızda Sumqayıt Tibb Mərkəzinin (STM) 1 nömrəli şəhər xəstəxanasının həkim-endokrinoloqu Elnurə Novruzova haqqında məlumatları diqqətə çatdırırıq.
Elnurə Novruzova 1976-cı ildə Sumqayıt şəhərində anadan olub. 1993-1999-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1999-2000-ci illərdə Sumqayıt şəhər 2 nömrəli xəstəxanada internatura keçib.
O, 2000-ci ildən 3 saylı şəhər poliknikasında həkim-endokrinoloq kimi işə başlayıb. Hazırda Sumqayıt şəhər 1 nömrəli şəhər xəstəxanasının Poliklinika şöbəsində həkim-endokrinoloq vəzifəsində çalışır.
Səhiyyə Nazirliyində Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə, həmçinin Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov da iştirak edib. 
Nazirlikdən Aztibb.az-a verilən məlumata görə, görüşdə səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, Azərbaycanda tibbin bütün sahələri üzrə peşəkar kadrların yetişdirilməsində qardaş ölkənin tibb mərkəzlərində çalışan mütəxəssislərin müstəsna xidmətləri var: “Vətən müharibəsi dövründə türkiyəli həmkarlarımızın dəstəyini də xüsusi vurğulamaq istərdim. Biz, eyni zamanda COVID-19 pandemiyasının ən ağır dövründə də yaxından əməkdaşlıq etdik. Türkiyəli mütəxəssislərin dəyərli tövsiyələri respublikamızdakı epidemioloji vəziyyətin sabitləşməsinə öz töhfəsini verib”. Teymur Musayev nazirliyin nümayəndə heyətinin ötən il may ayında Türkiyəyə işgüzar səfərini xatırladaraq deyib:
“Səfər çərçivəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca ilə görüş zamanı olduqca səmərəli müzakirələr apardıq, qardaş ölkənin aparıcı tibb ocaqlarının fəaliyyəti ilə də tanış olduq. Hər iki ölkənin səhiyyə nazirlikləri arasında imzalanmış “2022-2023-cü illər üçün Əməkdaşlıq üzrə Yol Xəritəsi” səhiyyənin bütün sahələrində təcrübə mübadiləsi və inkişaf baxımından olduqca faydalıdır”. 
Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini diqqətə çatdıran T.Musayev ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrların hazırlanmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib: “Müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyətin anadan olmasının 100 illiyi ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən silsilə tədbirlər, həmçinin beynəlxalq elmi-praktiki konfranslar təşkil olunacaq. Həmin tədbirlərdə tanınmış Türkiyəli mütəxəssislərin iştirakı bizim üçün çox önəmlidir”. 
Görüşdə çıxış edən Şamil Ayrım ölkələrimiz arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.
Qeyd olunub ki, möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri birlik və həmrəyliyimizin bariz göstəricisidir. 
Şamil Ayrım Türk dünyasının böyük oğlu Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təkcə Azərbaycanda deyil, Türkiyədə də mühüm tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb. Müzakirələr zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.
<p style="text-align:;" justify;">Avropa ölkələrində bir müddətdir dərman çatışmazlığı problemi davam edir. Xüsusilə antibiotik, uşaqlar üçün öskürək siropu, qızdırma salan və təzyiq dərmanlarının tapılmasında problem olduğu bildirilir. 
 <p style="text-align:;" justify;">Aztibb.az trthaber.com-ya istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) Əczaçılıq Qrupu (PGEU) 14 noyabr-31 dekabr tarixləri arasında Aİ ölkələri, həmçinin Türkiyə, Norveç, Kosovo və Şimali Makedoniya da daxil olmaqla 29 ölkədəki apteklərdə apardığı araşdırmanın nəticəsini açıqlayıb. 
 <p style="text-align:;" justify;">Yüzlərlə adda dərmanın tədarükündə problemlərin olduğu bildirilib. Bunu Avropa ölkələrinin səhiyyə və tibb üzrə səlahiyyətli orqanlarının məlumatları da təsdiqləyib. 
 <p style="text-align:;" justify;">Mütəxəssislər bu qış xəstəliklərin artmasına səbəb kimi immunitet sisteminin güclənə bilməməsini görürlər. Digər səbəblər kimi COVID-19 epidemiyasının uzun müddət davam etməsi, artan infeksiyalar qarşısında dərman istehsalçılarının yüksək tələbata hazır olmaması, Avropada yaşanan enerji böhranı və artan xammal qiymətlərinin istehsala təsiri görülür.
<p style="text-align:;" justify;">Bildiyiniz kimi, orqanizmin fəaliyyəti birbaşa qanın vəziyyətindən asılıdır. Patoloji vəziyyətlərdən qaçınmaq üçün qan təmiz olmalıdır. Həkimlər toksinləri bədəndən təmizləyən bir sıra məhsulları bol tükətməyi məsləhət görürlər. 
 <p style="text-align:;" justify;">Aztibb.az rg.ru-ya istinadən xəbər verir ki, çuğundur yeməklə detoksifikasiya asanlaşır.
 <p style="text-align:;" justify;">"Məhsulun tərkibində çoxlu qida maddələri, maqnezium, dəmir, C vitamini var. Çuğundur dəri və saç üçün faydalıdır, həmçinin qanda xolesterinin səviyyəsini azaltmağa kömək edir", - ekspertlər deyir. Yeri gəlmişkən, çuğundur hemoqlobin səviyyəsini artırmaq üçün ən yaxşı qidalardan biridir. 
 <p style="text-align:;" justify;">Tərkibində yalnız dəmir (1,7 mq / 100 q) deyil, həm də fol turşusu, həmçinin kalium və lif var. İstər çiy, istərsə də bişmiş formada faydalıdır. 
 <p style="text-align:;" justify;">Həkimlər zəncəfil, limon və sarımsağı da tövsiyə edir. Sonuncu, ideal detoks məhsulu adlandırılır. Sarımsaq antiviral, antibakterial və antibiotik xüsusiyyətlərə malikdir. Bununla belə, sarımsağın ac qarına sağlamlığa zərər verə biləcəyini də xatırlamaq lazımdır. Böyük miqdarda sarımsaq mədə xorası, pankreatit, qastroezofageal reflü xəstəliyi, xolelitiyazın kəskinləşməsi olan xəstələrdə narahatlığa səbəb olur. 
 <p style="text-align:;" justify;">Mütəxəssislər qan üçün faydalı məhsullar sırasına kələm, xüsusilə brokolini də daxil ediblər. Məhsulun tərkibində sulforafan maddəsi var ki, bu da bütün lazımsız maddələri bədəndən çıxarmağa kömək edir. Yeri gəlmişkən, brokolini çiy yemək daha yaxşıdır. Bişirildikdə brokolinin tərkibindəki sulforafan parçalanmağa başlayır. 
<p style="text-align:;" justify;">Bildiyiniz kimi bütün orqanizmin fəaliyyəti birbaşa qanın vəziyyətindən asılıdır. Patoloji vəziyyətlərdən qaçınmaq üçün qan təmiz olmalıdır. Həkimlər toksinləri bədəndən təmizləyən bir sıra məhsulları bol tükətməyi məsləhət görürlər. 
“Şəkərli diabet” mobil əlavəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən yaradılıb. Mobil əlavənin yaradılmasında əsas məqsəd şəkərli diabet xəstəliyinin profilaktikası, müalicəsi və qanda şəkərin səviyyəsinin nəzarətdə saxlanılmasına dair əhalinin maarifləndirilməsidir.
Aztibb.az İctimai Səhiyyə və İslahatlar Mərkəzinə istinadla xəbər verir ki, mobil əlavədə dərmanların vaxtında qəbulu üçün yaddaş bölməsi, çörək vahidləri kalkulyatoru, həmçinin şəkərli diabet ilə bağlı faydalı məlumatlar (diabetin növləri, riskləri, ağırlaşmaları, insulindən istifadə və s.) təqdim olunur.
Proqramdan həm şəkərli diabet xəstələri, həm də qida rasionuna və karbohidrat metabolizminə diqqət yetirən şəxslər istifadə edə bilərlər.
TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasında vətəndaşların tibbi xidmətlərə əlçatanlığının və pasiyent məmnunluğunun artırılması üçün Qeydiyyat bölməsi yeni formatda əhalinin istifadəsinə verilib.
Aztibb.az TƏBİB-ə istinadla xəbər verir ki, tibb müəssisəsinin geniş və işıqlı sahəsində təşkil edilən 22 personalın çalışdığı bölmədə kompakt və əhatəli xidmət göstərilir. Burada xəstəxanaya müraciət edən vətəndaşlara göstərilən xidmətlər barədə informasiya almaq üçün məlumat mərkəzi, ambulator müayinədən keçmək üçün qeydiyyat mərkəzi, şəhid ailələri və qazilərlə iş masası, digər tibb müəssisələrinə göndərilən xəstələr üçün göndərişlər paneli, rahatlığın təmin edilməsi üçün 50 nəfərlik gözləmə guşəsi və s. təşkil edilib.
Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb.
Aztibb.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sabir küçəsində baş verib.
2005-ci il təvəllüdlü Lətafət Abbasova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, L.Abbasova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
Sumqayıtda isə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb.
Hadisə şəhərin "Qurd dərəsi" yaşayış massivində baş verib.
2002-ci il təvəllüdlü Səfərli Eltun Asəf oğlu yaşadığı evdə dəm qazından boğulub.
Onun meyiti aidiyyatı üzrə təhvil verilib.
Araşdırma aparılır.
Aztibb.az "Bir sual, bir cavab" rubrikasında xəbər verir ki, ürək müayinələri icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ödənişsiz təqdim edilir.
2550 xidmətin yer aldığı Xidmətlər Zərfi ilə tanış olmaq üçün linkə keçid edin: <a class="x1i10hfl" xjbqb8w x6umtig x1b1mbwd xaqea5y xav7gou x9f619 x1ypdohk xt0psk2 xe8uvvx xdj266r x11i5rnm xat24cr x1mh8g0r xexx8yu x4uap5 x18d9i69 xkhd6sd x16tdsg8 x1hl2dhg xggy1nq x1a2a7pz xt0b8zv x1fey0fg" tabindex="0" href="https://bit.ly/XZonlayn?fbclid=IwAR2m0Kg-XXeJsiS9yUbsxTsYkBJXd58huDUWiCQb3Bt5kImVnakyaIsIiMk" target="_blank" rel="nofollow" noopener">https://bit.ly/XZonlayn
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında "Polinevropatiyalar, Guillian Barre sindromu" mövzusunda seminar keçirilib.
Klinikadan Aztibb.az-a bildirilib ki, tədbirdə müəssisənin müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva, klinikanın həkimləri və rezidentləri iştirak ediblər.
Məruzə ilə çıxış edən klinikanın Nevrologiya şöbəsinin rezidenti Jalə İbrahimova mövzu haqqında ətraflı məlumat verib.
Həkim bildirib ki, polinevropatiyalar - periferik sinirlərin eyni etioloji və patafizioloji proseslərə bağlı olaraq birlikdə, yayılmış şəkildə zədələnməsinə bağlı ortaya çıxan klinik haldır. Ən çox yayılmış səbəbi şəkərli diabetdir. Bundan başqa infeksion xəstəliklər, autoimmun xəstəliklər, dərmanlar, toksik maddələr, cərrahi əməliyyat və s. səbəb ola bilər.
J.İbrahimova Guillian-Barre sindromundan da danışıb. Qeyd edib ki, bu sindrom autoimmun demielinizasiya ilə gedən və paraliz ilə nəticələnə bilən polinevropatiyaların geniş yayılmış formasıdır. Bunun əsas səbəbi tənəffüs yolu və qastrointestisial infeksiyalar, cərrahi əməliyyat, karsinomadır. Onun sözlərinə görə, klinik əlamətlər infeksiyaya yoluxduqdan 1-3 həftə sonra görülməyə başlayır: "İlk əlaməti əsasən aşağı ətrafdan başlayan yuxarı ətrafa doğru yayılan əzələ zəifliyidir. Əl və ayaqlarda uyuşma, paresteziyalar, bel, kürək ağrıları, arefleksiya, bəzən təzyiqin artıb azalması, sidik qaçırma, tərləmənin azalıb artması kimi avtonom sinir sistemi əlamətləri də müşayiət olunur".
Diaqnostikasında laborator, elektromioqrafiya zamanı (EMQ) sinir ötürücülüyünün pozulması, lumbar punksiya zamanı albuminositolojik dissosiasiyanın olması və sinir biopsiyasına əsasən qoyulduğunu deyən məruzəçi müalicəsinin dəstəkləyici terapiya, immuniterapiya (plazmafarez,İVİG), reabilitasiyadan (fizioterapiya) ibarət olduğunu vurğulayıb.
Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, J.İbrahimova iştirakçıların suallarını cavablandırıb.
4 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən "Heydər Əliyev İli"-nə həsr olunmuş “KardioOnkologiya: problemə müasir baxışlar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Bu barədə Aztibb.az-a İnstitutdan məlumat verilib.
Tədbirdə Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini İlqar Qasımov, Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Nadir Zeynalov, Azərbaycan Respublikası Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Azərbaycan Tibb Universitetinin prorektoru Rauf Bəylərov, Milli Məclisin aparat nümayəndələri, aparıcı klinik mərkəzlərin rəhbərləri, Türkiyənin Azərbaycanda TİKA rəhbərliyi, eyni zamanda Türkiyə və Azərbaycanın tanınmış elm xadimləri, millət vəkilləri iştirak edəcəklər.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsinə direktor vəzifəsinə təyinat olub.
Aztibb.az xəbər verir ki, sözügedən vəzifə İsmayılov İlkin Yusub oğluna həvalə olunub.
O, daha əvvəl "Gəncə Şəhər Birləşmiş Xəstəxanası" publik hüquqi şəxsdə direktorun müavini-Abbas Səhhət adına xəstəxananın rəhbəri kimi fəaliyyət göstərib.