Millimizin futbolçusu Mahir Emreli şərəfini qoruduğu "Dinamo"da (Zaqreb) məşqlərə qayıdıb.
Qol.az Xorvatiya klubunun saytına istinadən xəbər verir ki, o, komanda ilə birlikdə Sloveniyaya təlim-məşq toplanışına yollanıb.
Zaqreb təmsilçisi sözügedən ölkədə iki yoxlama oyunu keçirəcək. "Dinamo" iyunun 26-ı "Şkendiya" (Şimali Makedoniya), iyulun 1-i isə "Spartak" (Trnava, Sloveniya) ilə qarşılaşacaq
</meta>
"Səbail" növbəti transferini həyata keçirib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi Emin Zamanovu transfer edib. Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, E.Zamanov ötən mövsüm "Neftçi-2"də oynayıb.
</meta>
“Neftçi”nin məşqçilər korpusuna yeni təyinatlar olub.
Qol.az klubun saytına istinadən xəbər verir ki, 42 yaşlı Viorel Dinu köməkçi məşqçi, 34 yaşlı Boqdan-Kornel Merişanu isə fiziki hazırlıq üzrə məşqçi vəzifəsini yerinə yetirəcək. Hər iki mütəxəssislə 2 illik müqaviləyə imza atılıb.
Qapıçılar üzrə məşqçi isə 53 yaşlı Florin Aleksandru olacaq. Onunla yaxın günlərdə müqavilə bağlanacaq.
Qeyd edək ki, hər üç rumıniyalı mütəxəssis bundan əvvəl də baş məşqçi Laurentsiu Regekampf ilə birlikdə çalışıb.
</meta>
"Qarabağ"ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki mümkün rəqibi "Sürix"in (İsveçrə) cavab oyununun vaxtı açıqlanıb.
Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 1-ci mərhələdə "Lex" səddini keçsə, İsveçrə klubu ilə səfərdəki cavab matçına iyulun 27-də çıxacaq. "Sürix"in "Qarabağ" - "Lex" (Polşa) cütünün qalibi ilə ikinci görüşü "Letsiqrund" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, ilk qarşılaşmanın vaxtı isə dəqiqləşməyib.
</meta>
“Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev komandaya qayıdıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun “Şamaxı” ilə icarə müqaviləsi başa çatıb. O, “Neftçi”də 17 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Neftçi” ilə 2023/2024 mövsümünün sonunadək müqaviləsi olan Rəhman Hacıyev 2014-2020-ci illər ərzində komandanın heyətində 166 oyuna çıxıb, 16 qol vurub.
</meta>
Azərbaycanın FİFA referisi Rauf Cabbarov UEFA-dan növbəti təyinat alıb.
Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının 1-ci təsniat mərhələsinin "Bortats" ( Bosniya və Herseqovina) - "B-36 Torşavn" (Farer adaları) ilk oyununun baş hakimi olacaq. Cabbarova Namiq Hüseynov və Cavanşir Yusifov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 7-i keçiriləcək sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
</meta>
"Səbail" kapitanı Rahid Əmirquliyevlə müqavilənin müddətini uzadıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ilə 1 illik yeni müqavilə imzalanıb.
Qeyd edək ki, R.Əmirquliyev 2018-ci ildən "Səbail"də oynayır
</meta>
“Neftçi” yeni mövsümə hazırlığı davam etdirir.
Qol.az klubun saytına istinadən xəbər verir ki, “ağ-qaralar” bu gün yeni baş məşqçi Laurentsiu Regekampfın rəhbərliyi altında ilk məşqə çıxıb. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilən hazırlıq prosesində müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, komandanın tam heyətlə olmadığı məşqdə yeni köməkçi məşqçi Viorel Dinu və fiziki hazırlıq üzrə məşqçi Boqdan-Kornel Merişanu da iştirak ediblər.
</meta>
"Barselona"nın futbolçusu Usman Dembele klubu ilə müqaviləsini uzatmağa yaxındır.
Qolaz xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Bildirilib ki, fransalı oyunçu dekabrdan bəri rədd etdiyi təklifləri qəbul etməyə qərar verib. Futbolçu artıq klubun baş məşqçisi Xaviyə zəng edərək prezident Joan Laporta ilə danışıqlar aparmağı xahiş edib.
İspan mütəxəssis "Barselona"nın Dembeleyə yeni təklif etməyəcəyini söyləyib. Futbol bunu nəzərə alaraq klubda qalmaq istəsə, əvvəllər təklif olunan şərtləri qəbul etməli olacaq.
Qeyd edək ki, Dembele ötən mövsüm La Liqada 20 matçda 1 qol vurub, 13 qolun ötürməsini verib.
</meta>
Yeni mövsümə hazırlaşan “Qəbələ” daha iki futbolçusu ilə müqavilə müddətini yeniləyib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, Rafael Utziq və Omar Hani ilə anlaşmalar uzadılıb. Legionerlərlə imzalanan yeni müqavilələr daha bir il müddətinə nəzərdə tutulub. Əvvəlki anlaşmaları 2021-2022-ci illər mövsümünün sonunda başa çatan oyunçular 2022-2023-cü illər mövsümündə də “qırmızı-qaralar”ın formasını geyinəcək.
2020-ci ilin yayından “Qəbələ”də çıxış edən Rafael 58 oyun keçirib. 26 yaşlı braziliyalı hücumçu 11 qola imza atıb.
Omar isə ötən ilin yayından komandanın formasını geyinir. 23 yaşlı iordaniyalı yarımmüdafiəçi 25 matçda 2 qol vurub.
Xatırladaq ki, “Qəbələ” daha öncə Ruan Renato, İsnik Alimi, Kristof Atanqana, Yaovi Akakpo, Asif Məmmədov, Murad Musayev və Urfan Abbasovla ilə anlaşmanı bir il müddətinə uzadıb.
</meta>
"Real"dan ayrılan Qaret Beyl karyerasını "Kardiff Siti"də davam etdirə bilər.
Qol.az "Daily Mail"ə istinadən xəbər verir ki, uelsli hücumçu İngiltərə Çempionşip təmsilçisinin məşq meydançasında görüntülənib. O, baş məşqçi Stiv Morisonla gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün klubun bazasına gedib.
Qeyd edək ki, Beyl Uels təmsilçisuinə keçərsə, həftədə 643 min avro qazandığı "Real"dan az maaş qazanacaq.
</meta>
"Qalatasaray"ın yeni baş məşqçisinin Okan Buruk olacağı gözlənilir.
Qol.az "DHA"ya istinadən xəbər verir ki, İstanbil təmsilçisi iyunun 24-ü türk mütəxəssislə müqavilə imzalayacaq. Klubun "Nef" stadionunda azarkeşlərin qarşısında çalışdırıcı üçün imzalanma mərasimi təşkil edəcəyi vurğulanıb.
Qeyd edək ki, "Qalatasaray" dünən Domenek Torrenti istefaya göndərib
</meta>
İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone turniri start götürüb.
Qol.az xəbər verir ki, İlk yarış günündə 55, 60, 63, 67, 87, 97 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb. Onlar 4 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.
60 kq-da iştirakçılar 2 qrupa bölünüb. A qrupunda yer alan güləşçilərimizdən Murad Məmmədov ilk turda türkiyəli Ekrem Öztürkə (14:1), Nihat Məmmədli isə amerikalı İldar Hafizova (9:4) qalib gəlib. İkinci turda güləşçilərimiz bir-biriylə qarşılaşıb. Daha təcrübəli Murad 7:1 hesablı qələbə əldə edib. Sonuncu turda Nihat Ekrem Öztürkü (11:0), Murad isə İldar Hafizovu (9:0) çətinlik çəkmədən məğlub edərək yarımfinala yüksəliblər.
B qrupunda yer alan Eldəniz Əzizli startda rumıniyalı Teodor Horataunu çətinlik çəkmədən məğlub edib - 8:0. Dünya və Avropa çempionumuz növbəti görüşdə 2018-ci ildə qitə birinciliyinin finalında qalib gəldiyi Helari Maeqisaluya (Estoniya) tam üstünlüklə (10:0) qalib gəlib və adını yarımfinala yazdırıb.
Murad yarımfinalda Helarini (9:4), Eldəniz isə Nihatı (9:0) üstələyib. Məmmədli 3-cü yer uğrunda görüşdə Maeqisaluya (10:0), Məmmədov isə finalda Əzizliyə (9:1) qalib gəlib.
63 kq-da A qrupunda qərarlaşan Taleh Məmmədov ilk görüşdə moldovalı dünya və Avropa çempionu Viktor Çiobanuyla bacarmayıb. Məmmədov ikinci turda amerikalı Deyvid Telkeyə tam üstünlüklə qalib gəlib - 10:0. Taleh yarımfinalda rumıniyalı Razvan Arnauta gücünü göstərib - 4:1. Məmmədov finalda yenidən Çiobanuyla qarşılaşıb və bu dəfə revanş alıb - 4:2.
Həsrət Cəfərov (67 kq) təsnifat mərhələsində macar Erik Torbanı vaxtından əvvəl məğlub edib - 8:0. Cəfərov 1/4 finalda isveçli Niklas Oehlenə də aman verməyib - 9:0. Həsrət yarımfinalda 23 yaşadək güləşçilər arasında dünya ikincisi Məhəmməd Cavad Rezaiyə (İran) 8:3 hesabıyla qalib gələrək adını finala yazdırıb. Həlledici görüşdə türkiyəli Furkan Yıldıza göz açmağa imkan verməyən (9:0) Cəfərov baş mükafata yiyələnib.
İslam Abbasov (87 kq) ilk mərhələdə estoniyalı Ranet Kaljoladan güclü olub - 5:0. Abbasov 1/4 finalda macar İştvan Takaçı yolundan kənarlaşdırıb - 10:4. İslam yarımfinalda dünya ikincisi Aleks Kessidisə (İsveç) qalib gəlib - 2:0. Sumqayıt güləş məktəbinin yetirməsi finalda Macarıstanın digər təmsilçisi Erik Silvaşini sonuncu xal prinsipinə əsasən (1:1) üstələyərək, turnirin qalibi olub.
97 kq-da təmsilçilərimiz 1/8 finalda üz-üzə gələcək. Arif Niftullayev cərimə xallarıyla Murat Lokyayevi üstələyib - 2:0. Niftullayev 1/4 finalda macar Aleks Şokeyə 1:3 hesabıyla uduzub.
Sabah Şəriəti (130 kq) ilk görüşdə 23 yaşadək güləşçilər arasında son Avropa çempionu Dariuş Attila Vitekə (Macarıstan) heç bir şans tanımayıb - 8:0. Şəriəti 1/4 finalda amerikalı Kolton Şults üzərində də təmiz qələbə qazanıb - 10:0. Bu mərhələdən mübarizəyə qoşulan Beka Kandelaki isə litvalı Romas Fridrikasa qalib gəlib - 4:0. Yarımfinalda təmsilçilərimiz üz-üzə gəlib. Sabah sonuncu xal prinsipinə əsasən (1:1) finala vəsiqə qazanıb. Kandelaki 3-cü yer uğrunda görüşdə Şultsu 4:2 hesabıyla məğlub edibsə, Şəriəti finalda dəfələrlə dünya və Avropa çempionu olmuş Rza Kayaalpa (0:4) uduzub - 0:4.
</meta>
Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında bir ilk yaşanacaq.
Qol.az “Globo” nəşrinə istinadən xəbər verir ki, tarixdə birinci dəfə hər komanda heyətinə 26 futbolçu (hazırda 23) sifariş edəcək. Bu isə o deməkdir ki, komandanın ehtiyatında 15 futbolçu olacaq.
Bundan başqa, DÇ-2022-də ilk dəfə olaraq 5 əvəzetmədən istifadə ediləcək. Bununla bağlı qaydalar ötən həftə Beynəlxalq Futbol Assosiasiyaları Şurasında (İBAF) təsdiq edilib.
Xatırladaq ki, DÇ-2022 21 noyabr-18 dekabr tarixində Qətərin 8 stadionunda keçiriləcək.
</meta>
PSJ-nin futbolçusu Neymar klubdan ayrılmayacaq.
Qol.az xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb. 30 yaşlı hücumçunun Paris təmsilçisi ilə arasındakı razılaşmaya əsasən, iyulun 1-dən onun sözləşməsi 2027-ci ilin yayına qədər uzadılacaq.
Qeyd edək ki, Neymar geridə qalan mövsüm bütün turnirlərdə 28 oyunda 13 qol vurub və 8 qolun ötürməsini verib.
</meta>
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Milan"dakı sabiq komanda yoldaşı Zlatan İbrahimoviç haqda danışıb.
Qol.az xəbər verir ki, Türkiyə millisinin də üzvü olan 28 yaşlı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında bildirib:
“Zlatan sadəcə diqqəti sevir. O, “Milan”ın çempionatda qələbə qazanmasına töhfə verməyib. O, demək olar ki, meydana çıxmırdı, amma eyni zamanda diqqət mərkəzində olmağa çalışırdı”.
Qeyd edək ki, "Milan" 2010/2011 mövsümündən sonra ilk dəfə bu mövsüm İtaliya çempionu olub. A Seriyasında 2020/2021 mövsümündə isə Milan şəhərinin digər komandası "İnter" çempionluq əldə edib.
</meta>
"Sparta"dan (Niderland) ayrılan futbolçu Bart Vrinds Azərbaycandan təklif alıb.
Qol.az xəbər verir ki, 31 yaşlı müdafiəçi bu barədə ölkəsinin vi.nl saytına açıqlamasında danışıb. O, Azərbaycana gəlmək istəmədiyini deyib:
'Kipr, Azərbaycan, Hindistan, Küveytdən təklif aldım. Amma hər şey mənim istəklərimin əksinədir. Buna görə də getməməyə qərar verdim".
Qeyd edək ki, Bart ötən mövsüm "Sparta"da 34 matçda 3 qol vurub.
</meta>
"Yuventus"un futbolçusu Marko Piaca klubu tərk etməyə hazırlaşır.
Qol.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. 27 yaşlı xorvatiyalı hücumçu "Salernitana"ya birdəfəlik transfer olunmağı planlaşdırır.
O, son illərdə "Torino", "Cenoa", "Anderlext", "Fiorentina" və "Şalke"də icarə əsasında çıxış edib.
</meta>
Azərbaycan millisinin üzvü Anton Krivotsyukun da oynadığı “Visla” (Plotsk) Qnevinodakı təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib.
Qol.az xəbər verir ki, komanda Polşanın aşağı liqa təmsilçisi “Xoyniçanka” ilə üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın ikinci hissəsini meydanda keçirib.
</meta>
“Hazırda transfer çalışmalarımız davam edir. Amma hələ konkret razılığa gəldiyimiz futbolçu yoxdur”.
Bu sözləri Qol.az saytına açıqlamasında “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib. Hazırda Ağdam təmsilçisi ilə Avstriyada təlim-məşq toplanışında olan G.Abbaszadə həmin futbolçuların hansı mövqedə çıxış etməsi barədə açıqlama verməyib:
“Bəli, transfer çalışmalarımız davam edir. Əgər rəsmi tam razılıq əldə olunarsa, bu haqda ictimaiyyətə məlumat verəcəyik”.
Xatıradaq ki, “Qarabağ” bu yay transfer pəncərəsi zamanı Monteneqro millisinin yarımmüdafiəçisi Marko Yankoviçi heyətinə qatıb. Bundan başqa, komandada icarə qaydasında oynamış qapıçı Luka Quqeşaşvili birdəfəlik transfer edilib.
</meta>
Millətlər Liqasının yeni mövsümünün ilk 4 turunun oyunlarından sonra milli komandaların ən yaxşı futbolçularının adları açıqlanıb.
Qol.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Azərbaycan yığmasının ən yaxşısı Emin Mahmudovdur ("Neftçi"). 30 yaşlı yarımmüdafiəçi 119 xalla birincidir. 113 xalla "Qarabağ"dan qapıçı Şahruddin Məhəmmədəliyev 2-ci, eyni xalı olan müdafiəçi Bəhlul Mustafazadə isə 3-cüdür.
Qeyd edək ki, C Liqasının 3-cü qrupunda mübarizə aparan Azərbaycan millisi Qazaxıstan və Slovakiyaya uduzub, Belarusla səfərdə heç-heçə edib, evdə isə bu komandaya qalib gəlib. Yığmamız cədvəldə 4 xalla 3-cüdür.
</meta>