• Şikayət et

Bakı Türkiyəyə TANAP-la bu qədər qaz çatdırdı

Bu günədək Azərbaycandan Türkiyəyə TANAP vasitəsilə 8,38 milyard kubmetr qaz çatdırılıb.

Axar.az xəbər verir ki, bu sözləri TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol deyib.

Onun sözlərinə görə, ilk mərhələdə (30 iyun 2018-30 iyun 2019-cu il) kəmər vasitəsilə Türkiyə üçün 2 mlrd. kubmetr, ikinci ilə (30 iyun 2019-30 iyun 2020-ci il) 4 mlrd. kubmetr qaz nəql edilib. Üçüncü ildə (30 iyun 2020–30 iyun 2021) bu göstərici 6 mlrd. kubmetrə çatacaq.

Gələcək illərdə bu kəmərlə Türkiyəyə ildə 6 mlrd. kubmetr həcmində Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağında hasil edilən qazın nəqlinin davam etdirilməsi planlaşdırılır.

Beləliklə, bu ilin iyunun 30-na bu göstərici 12 mlrd. kubmetrə çatacaq.

TANAP-ın bu günə olan ötürmə qabiliyyəti 16 mlrd. kubmetrdir. Kəmərin ötürmə gücü gələcəkdə 31 mlrd. kubmetrədək artırıla bilər.

Mənbə:
0
15
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar