Sosial şəbəkələrdə Bakıdakı reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsi ilə bağlı videogörüntülər paylaşılıb.
MediaBaku.az-ın məlumatına görə, görüntülərdə uşaqların saçları yolunur, müxtəlif fiziki zorakılıqlara məruz qalırlar.
Hadisənin Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən "Mehnur" reabilitasiya mərkəzində qeydə alındığı bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən MediaBaku.az-a bildiriblər ki, məsələ artıq nəzarətə götürülüb:
“Hazırda faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.