• Şikayət et

Bakıda “Milyonerlər məhəlləsi”ndə DƏHŞƏTLİ HADİSƏ: ÖLƏN VAR

Bakıda “Milyonerlər məhəlləsi”ndə DƏHŞƏTLİ HADİSƏ: ÖLƏN VAR

Bakıda fəhlənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

AZSABAH.COM-a Nərimanov Rayon Prokurorluğuna istinadən xəbər verir ki, hadisə avqustun 12-si saat 09 radələrində Nərimanov rayonu, M.Araz (“Milyonerlər məhəlləsi” kimi tanınan küçə) 92 ünvanında baş verib.

1983-cü il təvəllüdlü Aqil Əliyevin fəhlə kimi işlədiyi üçmərtəbəli binanın zirzəmisində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.

0
11948
1
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar