• Şikayət et

Bakupost.az - İntensiv yağış qıtlıq yaradacaq? - Ekspert rəyi

“Ölkədə yağışların yağması kənd təsərrüfatında məhsuldarlığa müsbət təsir edə bilər və çox ciddi ziyan olmaz”.


Bunu AzerForum.Com -a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib:

Ekspert indiki halda yağışların yağmasının kənd təsərrüfatına faydalı olduğunu bildirib:





“Son vaxtlar yağışların yağması mövsümi xarakter daşıyır. Belə hallar təbii olaraq baş verməlidir. Əgər yağışlar güclü xarakter alarsa, əlbəttə, bəzi kənd təsərrüfatı işlərində, həmçinin aqrotexniki qaydaların həyata keçirilməsində fasilələr yarada bilər. Azərbaycanda su problemi var. Belə olan halda yağışın yağması müəyyən dərəcədə bitkilərin suvarılması üçün çox mühüm rol oynayacaq. Yağış vasitəsilə bitkilər suya olan tələbatını ödəyir”.


Ekspert kənd təsərrüfatı məhsullarının qiymətlərinin artmasına diqqət çəkib:


“Təəssüf ki, bu il kənd təsərrüfatı məhsullarının qiymətində ciddi artım var. Bu, istehsalın az olması ilə bağlıdır. İntensiv yağışlar bütün bölgələrdə yağmır. Xüsusilə dağətəyi və dağlıq rayonlarda yağır ki, orada da məhsulun yetişdiyi dövr deyil. Yəni müəyyən dərəcədə həmin regionlarda yağışın yağması müsbət haldır. Ölkədə yağışların yağması kənd təsərrüfatında məhsuldarlığa müsbət təsir edə bilər və çox ciddi ziyan olmaz.


Ot bitkilərinin yaxşı yetişməsi üçün yağışın yağması yaxşıdır.


Yalnız bitkiçilik deyil, heyvandarlıqda da müəyyən problemlərimiz var. Bunlardan biri yem çatışmazlığıdır. Bizdə otlaq ərazilər hələ ki suvarılmır. Yağışın yağması bu sahəyə də müsbət təsir edir. Ümumilikdə isə yağışların davamlı yağması ciddi problem yaratmayacaq”.


Fəridə
Baku Post

Mənbə:
0
10
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar