• Şikayət et

Bakupost.az - “Sabir Rüstəmxanlı. Biblioqrafiya” kitabının təqdimatı oldu - FOTO

Bu gün Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının “Sabir Rüstəmxanlı. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib.

AzerForum.Com xəbər verir ki, Azərbaycan Milli Kitabxanasında keçirilən mərasimdə millət vəkilləri, yazıçılar və bir sıra görkəmli şəxslər iştirak edib.




Kitab Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasına daxildir. Azərbaycan və rus dillərində nəfis tərtibatda hazırlanan biblioqrfaiyada S. Rüstəmxanlının kitabları, dövrü mətbuatda, dərsliklərdə çap olunmuş əsərləri, elmi və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi kitablar, xarici dillərdə çap olunmuş əsərləri, habelə onun həyat və yaradıcılığını əks etdirən nəşrlər yığılıb.




Kitabda görkəmli ədəbiyyat adamlarının, ictimai-siyasi xadimlərin S.Rüstəmxanlı haqqında fikirləri, dünya kitabxanalarında olan kitablarının siyahısı, təsisçisi olduğu mətbu orqanlar və təşkilatlar haqqında da məlumat verilir.




Tədbirdə Milli Kitabxanasının direktoru professor Kərim Tahirov geniş çıxış edib, S. Rüstəmxanlının ad günü ərəfəsində belə bir bioqrafiyanın ona hədiyyə olduğunu bildirib. Qeyd edib ki, onunla bağlı materiallar o qədər zəngindir ki, biblioqrafiya ənənəvi formatda çap oluna bilməyib, daha böyük kitab ərsəyə gəlib.



Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli geniş məruzə ilə çıxış edib. O vurğulayıb ki, akademiyada S. Rüstəmxanlının yaradıcılığı ilə bağlı nəfis tərtibatlı geniş kitab çap etdiriblər:




“Bu gün Azərbaycanı dünyada tanıtdıran 5 yazıçının adını çəkəsi olsaq, biri S. Rüstəmxanlıdır”, - deyə akademik əlavə edib.


Hazırda tədbir davam etdirilir.


Mənbə:
0
23
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar