Bank sistemində kreditləşmə yavaş-yavaş genişlənir – Ekspert

21 iyun, Fineko/abc.az. Pandemiyanın, koronavirus insfeksiyasının yavaş-yavaş azalması ümumən iqtisadiyyatda canlanma yaradır.

Bunu ABC.AZ-a Azərbaycanın bank sektorundaki ümumi durumu şərh edən iqtisadçı-ekspert Əkrəm Həsənov deyib.

O qeyd edib ki, pandemiyanın tədricən azalması bank sistemində kreditləşmənin də yavaş-yavaş genişlənməsinə gətirib çıxarır:

"Bir tərəfdən də banklar əvvəlki kimi qazanc əldə etməyə başlayırlar. Amma eyni zamanda da bankların problemli kreditləri yenə də artır. Bu da pandemiya dövründə həm istehlakçıların, həm biznesin, həm də sahibkarların gəlirlərinin azalması ilə bağlıdır. Hər bir halda biz hələ də pandemiyadan əvvəlki vaxta qayıtmamışıq".

Müəllif: Elmir Murad

Mənbə:
0
337
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar