Baş Prokurorluq COVID-19 testi ilə bağlı saxta sənəd verilməsiylə əlaqədar əhaliyə MÜRACİƏT ETDİ 

COVID-19 pandemiyasının yayılmasının və onun mümkün fəsadlarının qarşısının alınması məqsədilə ölkə miqyasında çoxşaxəli tədbirlər həyata keçirilir. Təəssüflər olsun ki, yaranmış həssas vəziyyətdən öz şəxsi maraqları naminə istifadə edilməsi hallarına da rast gəlinir. Vətəndaşların hüquqlarını pozan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanları tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.
 
Aztibb.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaşlara müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması, COVID-19 testinin nəticələri ilə bağlı vətəndaşlara saxta sənəd verilməsi halları ilə üzləşdikdə “961” nömrəli “Çağrı Mərkəzi”, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir.
 
 
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən hazırlanmış videomüraciəti təqdim edirik:
 
 

    Mənbə:
    0
    61
    0
    0 şərh

    Ən çox oxunanlar

    • Bugün
    • Həftə
    • Ay

    Son şərhlər

    Trenddə olanlar