BDU alimlərinin sintez etdiyi metal əsaslı nanohissəciklər tibbdə tətbiq olunacaq

Bakı Dövlət Universitetinin (BDU) Biofizika və molekulyar biologiya kafedrasının və Nanoaraşdırmalar Elmi-Tədqiqat Mərkəzinin əməkdaşları metal əsaslı nanohissəciklərin antibakterial, antiviral, anormal maqnit, bitkilərdə stressorlara davamlılıq və stimullaşdırıcı xüsusiyyətlərini müəyyənləşdiriblər.

 

Bu məqsədlə bir sıra metal əsaslı nanohissəciklər (Ag, Au, Fe (II), Fe (III), ZnO, TiO2 və s.) bioloji üsullarla (bitkilərin müxtəlif orqanlarından alınan ekstraktlar və homogenatlar vasitəsilə) sintez edilib. Gümüş nanohissəciklərinin antiseptik və antiviral effektləri ətraflı öyrənilib, onların bioloji sintez yolu ilə alınmış toksik olmayan formalarının dərman daşıyıcıları və antiseptik tibbi materialların hazırlanmasında istifadəsi imkanları araşdırılıb. Nanohissəciklərdən bitkilərin inkişafının stimullaşdırılmasında və duza davamlılığının artırılmasında effektiv istifadə edilməsi üçün eksperimental metodlar işlənib hazırlanıb.

    Mənbə:
    0
    125
    0
    0 şərh

    Ən çox oxunanlar

    • Bugün
    • Həftə
    • Ay

    Son şərhlər

    Trenddə olanlar