25 Noyabr tarixində Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin (AQDİM) təşkilatçılığı, həmçinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin və Mərkəzi Qan Bankının birgə dəstəyi ilə "Sağlam olaq – Donor olaq” təbliğat-təşviqat tədbiri təşkil olunub.
Tədbirdə Bakı Dövlət Universitetinin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”-nin idarə heyətinin sədri Fuad Rəsul, AQDİM-nin idarə heyəti sədrinin müavini, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan Nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev, AQDİM-nin idarə heyəti sədrinin müşaviri Kamil Hüseynov, həmçinin Mərkəzi Qan Bankının həkimi Günel Əliyeva və Talassemiya Mərkəzinin həkim-hematoloqu Zemfira Mirzəyeva mövzu ətrafında geniş məruzəylə çıxış ediblər.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Qan vermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.




