• Şikayət et

Bərdə ağır yol qəzasında ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB

Bərdə ağır yol qəzasında ölənlərin sayı 5-ə çatıb.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, qəza zamanı xəsarət alanlar Bərdə müalicə mərkəzinə yerləşdirilib.

Həkimlərin cəhdinə baxmayaraq, yaralılardan biri dünyasını dəyişib.

18:47

Bərdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə Bərdə-Ağdam yolunun Bərdə rayon Kətəlparaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" və "Niva" markalı minik avtomobillərinin toqquşması nəticəsində azı 4 nəfərin öldüyü bildirilir.

Qəzada xəsarət alan şəxslər Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə:
0
29
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar