Beş ayda əcnəbilər Azərbaycanda bank kartları ilə nə qədər əməliyyat aparıb?

1 iyul, Fineko/abc.az. Bu ilin yanvar-may ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların həcmi açıqlanıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən ABC.AZ-a daxil olann məlumata görə, sözügedən dövrdə xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda 144,8 mln. manatlıq əməliyyat aparıb.

Müqayisə üçün qeyd edək ki, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətdə 43,4% azalma deməkdir.

Cari ilin may ayında isə əcnəbilər bank kartları vasitəsi ilə 32,6 mln. manatlıq əməliyyat aparıblar ki, bu da aprel ayı ilə müqayisədə 15,2% çoxdur.

 

Mənbə:
0
347
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar