Prezident Volodimir Zelenski iyunun 24-də Ukraynanın bir neçə səfirinin, o cümlədən Gürcüstan, Slovakiya və Portuqaliyadakı səfirlərinin istefaya göndərildiyini ehtiva edən fərman verib.
Bu barədə "Avropa həqiqətləri" məlumat yayıb.
Fərmana əsasən, Gürcüstandakı səfir İqor Dolqov, Slovakiyadakı səfir Yuri Muşk və Portuqaliyadakı səfir İnna Oqnivets işdən azad ediliblər.
Hər üç səfir uzun müddət vəzifədə olub və hələ beşinci prezident Petro Poroşenko dövründə təyin edilib.
Qeyd edilir ki, Dolqov hələ martın 1-də Rusiyanın hərbi müdaxiləsi fonunda Tbilisinin qeyri-dost addımlarına görə məsləhətləşmələr üçün geri çağrılıb.(oxu.az)
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
"Putin (Rusiya Prezidenti Vladimir Putini nəzərdə tutur-red.) Ukraynada qələbə qazanarsa, bu, dünya iqtisadiyyatında uzunmüddətli fəlakətə səbəb olacaq".
"Report" "Reuters" istinadən <a href="https://yenixeber.az" title="xeberler" son xeberler 2022" target="_blank">xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson Ruandanın paytaxtı Kiqali şəhərində Əməkdaşlıq sammitində çıxışında bildirib.
Hökumət başçısı hesab edir ki, Ukrayna Rusiya ilə sülh müqaviləsi imzalamaq üçün təzyiqlərlə üzləşə bilər: "Avropa müharibə nəticəsində iqtisadiyyatında yaranmış vəziyyətlə bağlı Ukraynanın Rusiya ilə maraqlarına uyğun gəlməyən sülh müqaviləsi imzalamağa vadar edə bilər. Bir çox dövlət Avropada müharibəyə ehtiyac olmadığından danışır. Ona görə də Ukraynaya təzyiqlər arta bilər. Ukraynalıları pis sülh müqaviləsi imzalamağa məcbur edərlər".
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
Millət vəkili Fəzail Ağamalı Əməkdar artist Tahir İmanovun onu ələ salmasına münasibət bildirib.
Bu barədə deputat OLAY-a açıqlama verib.
F.Ağamalı deyib ki, sözügedən videodan <a href="https://yenixeber.az" title="xeberler" son xeberler 2022" target="_blank">xəbərdar deyil və izləməyib:
"Həmin açıqlamaya gəlincə... Mən sadəcə gilasın qiymətini demişəm. Bilmirəm, nə mövzu axtarırlar ki, kimisə hədəf alsınlar. Tahir İmanov çox hörmət etdiyim, keçmiş dostum, Anar Məmmədxanovun rəhbərliyi altında bizə pozitiv hisslər bəxş edib. Ona hörmətim var. Deyib, canı sağ olsun, bu da onun mövqeyidir. Lakin insanı ələ salmaq yox, fikrinə tənqidi yanaşmaq olar. Görünür, bu da onun stilidir".
Millət vəkili aktyorun videoda 250 minlik "Bentley"dən danışmasından da söz açıb:
"Mənim 250 minlik <a href="https://masinlar.az" title="masinlar" masin satisi avtomobil elanlari" target="_blank">maşınım yoxdur. "Toyota" markalı <a href="https://masinlar.az" title="masinlar" masin satisi avtomobil elanlari" target="_blank">avtomobil sürürəm. O maşının qiyməti 250 min deyil. Zəhmət çəksin, internetdə oxusun, baxsın. Həmin maşını 2017-ci ildə almışam. Ümumiyyətlə nə mən, nə də övladlarım 250 minlik maşın sürmüşük".
Qeyd edək ki, T. İmanov deputatın "Gilas ala bilmirəm" açıqlamasını ələ salaraq video çəkib.
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
Oğuzun Sincan kəndindəki 4 ədəd qovaq ağacına yandırıcı maddələr tökülüb.
Hadisə İsmayıllı-Qaraməryəm-Şəki <a href="https://masinlar.az" title="masinlar" masin satisi avtomobil elanlari" target="_blank">avtomobil yolunun kənarında yaşanıb.
Yol kənarındakı 45-50 yaşlı 4 ədəd qovaq ağacı bir neçə hissədən dəmir alətlə kəsilib. Daha sonra həmin hissələrə yandırıcı maddə tökülərək, üstü palçıqla örtülüb. Yağış yağdıqdan sonra palçıq yuyulub və naməlum şəxslərin çirkin əməlləri üzə çıxıb.
Hadisənin gecə <a href="https://saatlar.az" title="saatlar" brend saatlar qol saatlari" target="_blank">saatlarında törədilməsi ehtimal olunur.
Kənd sakinləri deyir ki, həmin ağacların altında üç kəndin sakinləri kölgələnmək və dincəlmək üçün toplaşır.
Məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb.
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilir:
"general-leytenant" hərbi rütbəsi
general-mayor Zakir Samiddin oğlu Ağayevə
general-mayor Azər Əli oğlu Əliyevə
"general-mayor" hərbi rütbəsi
polkovnik Nicad Kamandar oğlu Qarayevə
polkovnik Akif Səməndər oğlu Pirverdiyevə
polkovnik Zaur Zeynalabdul oğlu Rüstəmova
polkovnik Eldəniz Telman oğlu Yəhyayevə
polkovnik Zaur İlham oğlu Zeynalova
"tibb xidməti general-mayoru" hərbi rütbəsi
tibb xidməti polkovniki Firudin İsaxan oğlu Nəbiyevə.
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
Türkiyənin məşhur aktyoru Erkan Petekkaya serial çəkilişi zamanı infarkt keçirib.
Oxu.Az-ın məlumatına görə, hadisə aktyorun "Son gün" adlı yeni serialının çəkilişi zamanı baş verib.
O, təcili xəstəxanaya çatdırıldıqdan sonra serialın çəkilişləri ləğv edilib.
Hazırda isə Petekkayanın səhhətinin yaxşı olduğu bildirilir.
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar komitəsi meymunçiçəyi xəstəliyinin risk səviyyəsini müəyyən etmək üçün ilk iclasını keçirib.
Təşkilatın yaxın günlərdə virusla bağlı məlumat verəcəyi bildirilib. İyunun 9-dək ABŞ-ın 15 ştatında aşkar edilmiş 45 hadisəni araşdıran Amerika Tibb Assosiasiyasının araşdırmasının nəticələri də JAMA jurnalında dərc olunub.
Nəticələrə görə, meymunçiçəyi virusu cinsi yolla ötürülüb. Nigeriyada qeydə alınan yüzlərlə meymunçiçəyi yoluxması araşdırılıb və bununla bağlı açıqlanan hesabatda xəstəliyin kişilərin cinsiyyət orqanlarında yaralar şəklində meydana çıxdığının aşkar edildiyi qeyd edilib.
Virusun cinsi əlaqə yolu ilə insandan insana keçə biləcəyinə diqqət çəkən araşdırmada xəstəliyə nəzarət edilməsi üçün xaricdən görünən yaraların yoxlanmasından əlavə, eyni zamanda cinsiyyət orqanlarının və cinsi <a href="https://xanim.az/saglamliq-xeberleri/" title="sağlamlıq" xəbərləri" target="_blank">sağlamlıq müayinələrinin də əhəmiyyəti vurğulanıb./oxu.az
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
ABŞ-da Ali məhkəmə 50 illik tarixi olan "Roe v Wade" qanununu ləğv edib. Bu qanun <a href="https://xanim.az" title="qadinlar" sayti" target="_blank">qadınlara abort etdirmək hüququ verirdi.
<a href="https://sonxeber.az" title="en" son xeberler 2022" target="_blank">Sonxeber.az BBC-ə istinadən <a href="https://yenixeber.az" title="xeberler" son xeberler 2022" target="_blank">xəbər verir ki, qanun ləğv olunduqdan sonra bəzi ştatlarda abort klinikaları bağlanıb. 30 günə 13 ştatda da abortun qadağan edilməsi nəzərdə tutulur.
Yeni qərar Arizona ştatının Feniks şəhərində və Los Ancelesdə etirazlara səbəb olub. Etirazların bu gün digər şəhərlərdə də keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, prezident Cozef Bayden yeni qanunu "faciəvi səhv" adlandırıb.
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
"ATV" kanalında yayımlanan "1 Dəqiqə" verilişinin formatında dəyişiklik edilib.
AZXEBER.COM <a href="https://yenixeber.az" title="xeberler" son xeberler 2022" target="_blank">xəbər verir ki, proqramın aparıcısı Zaur Nəbioğlu bu dəfə verilişdə qonaq qismində iştirak edib. Aparıcı kürsüsündə isə Xalq artisti Nazpəri Dostəliyeva əyləşib.
Sənətçi aparıcıya şəxsi həyatı ilə bağlı suallar ünvanlayıb. Dostəliyeva Zaurdan həyatının ən çətin anının hansı olduğunu soruşub. O isə cavabında atasının 8 saat davam edən əməliyyatından danışıb:
"Atam 3 il əvvəl çox ağır əməliyyat keçirdi. Əslində əməliyyat 3 saat olacaqdı, amma 8 saat davam etdi. Artıq o 5 saat həyatımın ən ağır anı idi. İnanın ki, nəfəs ala bilmirdim. Su da içmirdim. Bir sözlə, özümü idarə edə bilmirdim. Atama tək köməyim ona qan verməyim oldu. Mən atam və anamla nəfəs alıram".
Ətraflı videoda:
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
"Yeni tarix" adlı kitabın təqdimatı baş tutub.
Oxu.Az <a href="https://yenixeber.az" title="xeberler" son xeberler 2022" target="_blank">xəbər verir ki, kitabın müəllifi eyni zamanda Ağdam rayonu, Mahrızlı kənd tam orta məktəbinin tarix müəllimi, tarixçi-araşdırmaçı İntiqam Əsədovdur.
Müəllifin sayca altıncı olan "Yeni tarix" kitabında ölkəmizdə 18-19-cu əsrlərdə baş verən hadisələr yer alır. Qacar taxt-tacının vəliəhdi, eyni zamanda Azərbaycan valisi olan Abbas Mirzənin oğlu Cahangir Mirzə tərəfindən fars dilində yazılmış və İntiqam Əsədov tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş "Yeni tarix" kitabı əlavə tarixi mənbələr hesabına daha da zənginləşdirilib.
İntiqam Əsədov qeyd edib ki, kitabın ərsəyə gəlməsi dörd il zaman alıb:
"Yeni tarix" kitabı Azərbaycanın valisi Abbas Mirzənin oğlu Cahangir Mirzə tərəfindən qələmə alınıb.
Kitabın özəlliyi və unikallığı sırf tarixi xarakter daşımasıdır. Cahangir Mirzə dövrünün bütün tarixi hadisələrinə şahidlik etmiş, döyüşlərdə atası ilə birlikdə şəxsən iştirak etmişdir. Onun qatıldığı bütün proseslər bu kitabda olduğu kimi öz əksini tapıb. Kitabı digər tarix kitablarından fərqləndirən, daha ağırlıq verən məqam isə saray dilində yazılmasıdır. Dörd il ərzində kitabı fars dilindən Azərbaycan dilinə tərcümə etdim. Eyni zamanda bəhs olunan hadisələri bir neçə tarixi mənbədən dəqiqləşdirərək bu kitabın özəlliyinə xüsusi rəng qatdım və daha da zənginləşdirdim.
Kitabın digər unikallığı ondan ibarətdir ki, müəllif (Cahangir Mirzə) Azərbaycan tarixi kitablarında olmayan proseslərdən, döyüşlərdən də söz açır və bilavasitə iştirakçısı olduğu gizli, pərdəarxası tarixi hadisələri də açıqlığa qovuşdurur.
Həmçinin Cahangir Mirzə atası Abbas Mirzənin Şuşanı fəth etməsindən də söz açır və döyüşün gedişatını təsvir edir. Həmin prosesi 44 günlük Vətən müharibəsi ilə müqayisə etdikdə çox böyük oxşarlıqların fərqinə varırıq. Eynilə Abbas Mirzənin ordusu da Şuşaya məhz sıldırım qayalardan keçərək daxil olmuşdu. Bütün bu proseslər və gizli məqamlar Cahangir Mirzənin dilindən bəhs edilir və açıqlanır.
İşıq üzü görən kitab həm abituriyentlər, həm tələbələr, həm də elmi iş üzərində çalışanlar üçün çox unikal mənbədir. Ümid edirəm, kitabı əldə edib oxuyanlar da bunun fərqinə varacaqlar".
Qeyd edək ki, təqdimat mərasimi "Davam" Gənclər Hərəkatının mərkəzi ofisində baş tutub.
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
Müğənni Sevil-Sevinc bacıları izləyicidən gələn sual qarşısında əsəbiləşiblər.
Oxu.Az-ın məlumatına görə, bacılar sosial şəbəkədə izləyicilərdən gələn sualları cavablandırıblar. 
Bu zaman onlara ünvanlanan "niyə ərə getmirsiniz?" sualı qarşısında özlərini cilovlaya bilməyiblər. 
"Bizi alan yoxdur... Axı sizə nə, ərə getdik, ya qaldıq, bu nəyi dəyişir axı? Bunu bizim ailəmiz bilər, biz bilərik. Siz özünüzü çox yormayın", - deyə bacılar əlavə ediblər.
Sözügedən paylaşımı təqdim edirik:
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
"WhatsApp" növbəti yeniliyini istifadəçilərin ixtiyarına verib.
Axşam.az <a href="https://yenixeber.az" title="xeberler" son xeberler 2022" target="_blank">xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.
Artıq istifadəçilər son görünmə vaxtını və profil fotosunu öz seçdiyi şəxslərdən gizlədə biləcəklər.
Sözügedən funksiyanı "iOS" və "Android" əməliyyat sistemlərində çalışan bütün mobil cihazlarda aktiv etmək mümkündür.
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
Türkiyəli müğənni Sinan Akçılın evlilik açıqlaması gündəm olub.
OLAY yazır ki, aktrisa Burcu Kıratlı ilə iki dəfə evlənib, ayrılan sənətçi növbəti münasibətindən bəhs edib.
Sinan deyib ki, bundan sonra ailə quracağı şəxsin məşhur olmamasını istəyir:
"O insan məşhur olmasın. Yaxud da soruşurlar ki, hicablı <a href="https://xanim.az" title="qadinlar" sayti" target="_blank">qadınla sevgili olarsız? Başı açıq, ya qapalı fərqi yoxdur. Qapalı xanımla da evlənə bilərəm".
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
Türkiyənin məşhur cütlüyü- aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit ikinci dəfə valideyn olacaqları barədə <a href="https://yenixeber.az" title="xeberler" son xeberler 2022" target="_blank">xəbərə münasibət bildirib. 
OLAY yazır ki, iki tanınmış sima məlumatı həkimdən yeni aldıqlarını qeyd edib:
"Biz də yeni öyrəndik. İnanılmaz dərəcədə həyəcanlıyıq. Çox sevindik! Xəbəri o qədər yeni eşitmişik ki, oğlumuz Karana belə demək şansımız olmayıb. Qız və ya oğlan, fərq yoxdur. Biz yuxusuz gecələrə öyrəşmişik. Karan ilə təcrübəmizi tamamlamışıq".
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
Bakının Yasamal rayonunda satılan rəngarəng cücələr alıcıların marağına səbəb olub. Kimi çəkib sosial şəbəkədə paylaşır, kimi də alıb evinə aparır.
Cücələrin satışı ilə məşğul olan şəxs şifahi olaraq qeyd edib ki, qiyməti iki manat olan bu bir həftəlik cücələrin rəngi böyüdükcə gedir və digər ev quşlarından fərqlənmir. Buna görə də onların insan sağlamlığına heç bir ziyanı yoxdur.
Daha ətraflı Baku TV-nin süjetində:
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Marmaris yanğın koordinasiya mərkəzinə baş çəkib.
Dövlət başçısını mediaya maraqlı açıqlamalar verib.
Prezident Marmarisdə meşə yanğınının nəzarət altına alındığını bildirib.
"Sevinirik ki, ölən və ya itkin düşən vətəndaşımız yoxdur. Marmarisdə meşə yanğını, Allaha şükür, nəzarət altına alınıb. Ümid edirəm ki, ağacəkmə işləri ilə bu bölgədəki yanğının fəsadlarını tez bir zamanda aradan qaldıracağıq", - deyə o, bəyan edib.
Ərdoğan meşə yanğını törədən şəxslərə verilən cəzalar barədə də danışıb.
"Bu məsələ ətrafında ciddi müzakirələr aparılmalıdır. Düşünürəm ki, əgər çəkindirici olmasını istəyiriksə, belə şəxslərə edam cəzası verilməlidir", - deyə Türkiyə prezidenti vurğulayıb./Oxu.az
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
Stimul Hospitalın icraçı diretoru Fira Cəlilova (@stimulhospital) ilə Atletico Baku futbol klubunun icraçı direktoru Hacı Xalid (@atleticobakufc) əməkdaşlıq haqqında memorandum imzalanıb. 
İmzalanan memorandum Stimul Hospital və Atletico Baku fc arasında əməkdaşlığın genişləndirilməsində yeni imkanlar yaradacaqdır. Belə ki, klubun üzvləri olan uşaq və yeniyetmələr mütəmadi olaraq kardioloq, oftalmoloq, lor, ortoped və digər həkimlərin nəzarəti altında hərtəfərli tibbi müayinədən keçəcək. <a href="https://xanim.az/saglamliq-xeberleri/" title="sağlamlıq" xəbərləri" target="_blank">Sağlam olan uşaqlar barədə məlumat hazırlanıb və #AFFA -ya göndəriləcək. Səhhətində problem olan uşaqlara isə müəyyən vaxt kəsiyində idmandan uzaqlaşmalarnı məsləhət görülərək onların müalicəsi aparılacaq. 
#əməkdaşlıq #memorandum #stimulhospital #atleticobaku #futbol #futbolklubu
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
Azərbaycan Minifutbol Federasiyasının mətbuat katibi müəyyənləşib.
Oxu.Az <a href="https://yenixeber.az" title="xeberler" son xeberler 2022" target="_blank">xəbər verir ki, Sərxan İbrahimoğlu federasiyanın mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, S.İbrahimoğlu Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin "İdman" telekanalında redaktor vəzifəsində çalışır.
O, "Zirə" klubunun futbolçusu Ruslan Abışovun böyük qardaşıdır. Sərxan İbrahimoğlu minifutbol komandası ilə birgə Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatı üçün ezam olunan yeganə jurnalist olub.
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus "BE-200ÇS" amfibiya tipli təyyarə Türkiyənin Muğla əyalətinin Marmaris bölgəsində yanğınların söndürülməsində iştirak edib.
APA-nın İstanbul müxbirinin verdiyi <a href="https://yenixeber.az" title="xeberler" son xeberler 2022" target="_blank">xəbərə görə, dünən gecə <a href="https://saatlar.az" title="saatlar" brend saatlar qol saatlari" target="_blank">saatlarında Türkiyəyə gələn təyyarə bu gün 2 uçuş həyata keçirərək Yeşilbelde və Çöplük rayonlarında yanğın ərazisinə 120 tona yaxın su töküb.
Qeyd edək ki, ekipaj sabah da yanğına müdaxilə prosesini davam etdirəcək.
11:21
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus "BE-200ÇS" amfibiya tipli təyyarə qardaş ölkəyə göndərilib.
Bu gün səhər saatlarından etibarən təyyarə Türkiyənin Muğla bölgəsində yanğınlarla mübarizə tədbirlərinə başlayıb.
FHN əməliyyat çəkilişinin görüntülərini paylaşıb:
<img src="https://cdn.azerforum.com/2022/06/24/6583858.jpg" alt="Azərbaycanın" amfibiya təyyarəsi türkiyədə yanğının söndürülməsinə başladı - yenİlƏnİb + foto/vİdeo" class="imgbcode" /><img src="https://cdn.azerforum.com/2022/06/24/6583859.jpg" alt="Azərbaycanın" amfibiya təyyarəsi türkiyədə yanğının söndürülməsinə başladı - yenİlƏnİb + foto/vİdeo" class="imgbcode" /><img src="https://cdn.azerforum.com/2022/06/24/6583860.jpg" alt="Azərbaycanın" amfibiya təyyarəsi türkiyədə yanğının söndürülməsinə başladı - yenİlƏnİb + foto/vİdeo" class="imgbcode" /><img src="https://cdn.azerforum.com/2022/06/24/6583861.jpg" alt="Azərbaycanın" amfibiya təyyarəsi türkiyədə yanğının söndürülməsinə başladı - yenİlƏnİb + foto/vİdeo" class="imgbcode" />10:49
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunan Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus "BE-200ÇS" amfibiya tipli təyyarə Türkiyənin Muğla bölgəsində meşə yanğınlarının söndürülməsi əməliyyatlarına başlayır.
Qeyd edək ki, Türkiyənin Muğla bölgəsində davam edən meşə yanğınları üç min hektardan çox ərazini əhatə edib.
Son məlumatlara görə, yanğınla mübarizəyə iki mindən çox yanğınsöndürən, təyyarə və helikopterlər də daxil olmaqla 41 aviasiya vasitəsi cəlb edilib.
Bu gün səhər saatlarından etibarən isə yanğınla mübarizə üçün qardaş Türkiyə göndərilən "BE-200ÇS" amfibiya tipli təyyarə də alovla mübarizəyə cəlb edilib.
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
Ötən gün ürəyi dayandığı üçün dünyasını dəyişən "Laskovıy may" qrupunun solisti, məşhur rusiyalı müğənni Yuri Şatunovun ailəsinə qalan mirası məlum olub.
Axşam.az "StraHit"ə istinafən <a href="https://yenixeber.az" title="xeberler" son xeberler 2022" target="_blank">xəbər verir ki, kasıb ailədən olan, uşaq evində böyüyən 48 yaşlı ifaçının mirası iki mənzil və bir evdən ibarətdir. Birinci daşınmaz əmlakı Moskvada yerləşir. Bu, onun internat məktəbini bitirdikdən sonra aldığı mülkdür. Kantemirovskaya küçəsindəki bir otaqlı mənzilin ortalama qiyməti 11 milyon rubl (təxminən 349 min 785 manat) təşkil edir.
<img src="https://cdn.azerforum.com/2022/06/24/6582956.jpg" alt="Yuri" Şatunovun ailəsinə qalan mirası ortaya çıxdı - foto" class="imgbcode" />İkinci isə 2016-cı ildə keçmiş prodüser və otel sahibi Andrey Razinin ona hədiyyə etdiyi dəbdəbəli mənzildir. O Soçidəki "Razin" otelində yerləşir. Bildirilir ki, bu mikrorayonda 60 kvadratmetr sahəsi olan ikiotaqlı mənzillərin qiyməti təxminən 15 milyon (təxminən 477 min 146 manat) rubldır.
Mərhum ulduzun mirasına daxil olan digər mülk isə Münhendədir. Qiyməti 10 milyon dollar (16 milyon 989 min 801 manat) olan bu evdə Şatunov son 20 ildə ailəsi ilə birlikdə yaşayıb.
Müğənninin Almaniyada daşınmaz əmlak seçməsi təsadüfi deyil. O, 1990-cı illərdə qrupu tərk edərək ölkədən gedib. İfaçı burada yeni sevgilisi Svetlana ilə tanış olub. Svetlana Şatunovun yaradıcılığından bixəbər olub və şou-bizneslə əlaqəsi olmayıb.
2006-cı ilin sentyabrında cütlüyün ilk uşaqları Dennis dünyaya gəlib. Cütlük bir il sonra, 2007-ci ildə Frankfurt-Maynda evlənib. Beş il sonra onların qızı Estella doğulub.
 <img src="https://cdn.azerforum.com/2022/06/24/6582957.jpg" alt="Yuri" Şatunovun ailəsinə qalan mirası ortaya çıxdı - foto" class="imgbcode" />"Komsomolskaya pravda"nın məlumatına görə, Şatunovun xarici banklardakı məbləğı yalnız onun ailəsinə məlumdur. Həmkarlarının fikrincə, ulduzun əmanətləri uşaqların təhsili və bir neçə illik ailə həyatını təmin etmək üçün kifayət qədərdir. Bu o deməkdir ki, ulduzun kapitalını 6 milyon avrodan (təxminən 10 milyon 746 min 580 manat) çoxdur.
Həmçinin, varislər Şatunovun özünün yazdığı mahnıların ifasına görə qonorar ala biləcəklər.
<img src="https://cdn.azerforum.com/2022/06/24/6582958.jpg" alt="Yuri" Şatunovun ailəsinə qalan mirası ortaya çıxdı - foto" class="imgbcode" />Şatunov bundan başqa 20 min rubl (təxminən 636 manat) təqaüd də alıb. O, mərhum sənətçi İosif Kobzonun sayəsində gənc təqaüdçü olub. Kobzon "Laskovıy may"ın ulduzları Y.Şatunov və Sergey Serkovu 14 yaşında rəsmi olaraq işə götürüb. Onlar "Moskonsert"in artistləri siyahısına salınıb, ödəniş alırdılar. İkili 25 ildən sonra isə təqaüdə çıxıb. Kobzon olmasaydı, sənətçiləri təhsilsiz heç kim heç yerə qəbul etməzdi.
Yuri Şatunovun bütün mirası birinci dərəcəli varislər tərəfindən alınacaq: dul həyat yoldaşı, oğlu və qızı.
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
"Harri Potter" kitabın müəllifi Coan Roulinq rusiyalı yumor <a href="https://ustalar.az" title="ustalar" usta temiri" target="_blank">ustaları tərəfindən lağa qoyulub.
Axşam.az <a href="https://yenixeber.az" title="xeberler" son xeberler 2022" target="_blank">xəbər verir ki, yazar onunla canlı bağlantıya qoşulan şəxsin Ukrayna Prezidenti Volodimir Zelenski olduğunu düşünüb. Əlaqə zamanı Vovan ve Lexus adlı komediya ustaları Roulinqə sözügedən əsərdə baş qəhrəman Harri Poterin alnındakı "Z" hərfini hazırki siyasi fonda dəyişdirməyi və Ukraynanın simvolundan istifadə olunmasını təklif ediblər.
Yazar bu sözlərdən sonra təəccübünü gizlədə bilməyib və bu barədə düşünəcəyini qeyd edib. Onun nümayəndələri məsələyə münasibət bildirərək bunu yersiz hərəkət adlandırıb və Roulinqin Ukraynadakı uşaqlara və ailələrə kömək etmək üçün bağlantıya qoşulduğunu deyib. Eyni zamanda, onlar videonun dəyişdirildiyi və çıxışın təhrif edildiyi bildiriliblər.
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az