Mingəçevir şəhər Şah İsmayıl Xətai 9 ünvanında yaşayan sakinlər narazılıq edir.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, buna səbəb ərazidə yerləşən binaların zirzəmisinə su yığılmasıdır.
Vətəndaşların sözlərinə görə, vəziyyət uzun müddətdir ki belədir. Hətta, dəfələrlə vəziyyəti müvafiq qurumlara çatdırıblar:
"Bu halla bağlı dəfələrlə İcra hakimiyyətinə və su kanal idarəsinə şikayət etmişik. Bizə bildirirlər ki, suyu çəkməyə boruları yoxdur".
Həmin görüntüləri təqdim edirik: