Bitkoini nə bahalaşdırır?-Elnur Quliyevdən AÇIQLAMA

Kriptovalyuta birjalarında isə bitkoin dollara nisbətən daha sürətlə dəyər qazanır.Bu gün kriptovalyuta birjalarında bitkoin 1,6% bahalaşaraq 55,340 dollara ticarət olunub. 

Bu gün milyarder və investor George Sorosun fondu olan Soros Fund Management, bitkoinə sərmayə qoyduğunu açıqlayıb. Belə ki, Soros Fund Management -in baş direktoru Dawn Fitzpatrick, Bloomberg tədbirində portfeldə "bəzi" koinlərinin olduğunu bildirib.

Açıqlamadan sonra Bitkoinin bahalaşmasının bu qərarla bağlı olduğunu düşünənlər az deyil.

Bu barədə Fins.az-a  açıqlama verən kriptovalyutalar üzrə ekspert Elnur Quliyev bildirib ki, bitkoinin bahalaşmasına əsas təsir edən amil  ABŞ-ın Qiymətli Kağızlar və Birjaları üzrə Komissiyasınin rəhbərinin kriptovalyutaları qadağan etmək niyyətində olmadıqlarını açıqlamasıdır.

O eyni zamanda, "oktyabrın 6 -da ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) sədri Qari Qensler də oxşar bəyanatla çıxış etmişdi- deyə qeyd edib. 

Müəllif:Aynur Qəniyeva

 

Mənbə:
0
426
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar