• Şikayət et

Borrell: “Avropa “Taliban”la danışıqlara başlamalıdır”

“Bu, “Taliban”ın Avropa dövlətlərinə keçidinin qarşısını almaq üçün lazımdır”

“Brüssel Əfqanıstanda hakimiyyətə gələn “Taliban”la danışıqlara başlamalıdır”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell deyib.

““Taliban” indi bizim üçün qaçılmaz danışıq tərəfinə çevrilir. Kabildə varlığımızı təmin etməliyik və başqa güclər tərəfindən kənara çəkilməməyə çalışmalıyıq”, - diplomat əlavə edib.

Onun sözlərinə görə, Əfqanıstanda baş verənlər əfqanlar üçün faciə, Qərb ölkələri üçün uğursuzluq idi: ““Taliblər”in Əfqanıstanda hakimiyyətə gəlməsindən nəticələr çıxarılmalıdır ki, bu, başqa yerlərdə təkrarlanmasın”.

Borrelin fikrincə, Kabildə yeni səlahiyyətlilərlə münasibətlərin yaxşılaşdırılması, “Taliban” hökumətinin tanınması hesab edilməməlidir: “Bu, “Taliban”ın Avropa dövlətlərinə keçidinin qarşısını almaq üçün lazımdır”.

Mənbə:
0
2537
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar