• Şikayət et

Bu tarixdə Qazaxıstan Senatına seçkilər keçiriləcək

Qazaxıstan Senatına (Yuxarı Palata) keçiriləcək seçkilərin vaxtı məlum olub.

Bizim.Media xəbər verir ki, tarixlə bağlı məlumat Qazaxıstan Prezident Administrasiyasının rəsmi internet səhifəsində qeyd edilib.

Belə ki, seçkilərlə bağlı Prezident Kasım-Jomart Tokayev fərman imzalayıb. Fərmana əsasən, seçkilər 2023-cü il yanvarın 14-ü keçiriləcək.

Qazaxıstan hökumətinə, Astana, Almatı və Şımkent şəhərlərinin, vilayətlərinin başçılarına göstəriş verilib ki, seçkilərin keçirilməsi üçün təşkilati, maddi-texniki və maliyyə məsələlərinin həlli üçün tədbirlər həyata keçirsinlər.

Bizim.Media

Mənbə:
0
51
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar