• Şikayət et

Bundestaqda Qolodomorun soyqırımı kimi tanınması ilə bağlı səsvermə keçiriləcək

Almaniya xarici işlər naziri Annalena Berbok Qolodomoru soyqırımı adlandırıb.

Bu barədə Almaniya XİN başçısı "Twitter"də bildirib.
"Qolodomorda milyonlarla ukraynalı sistemli şəkildə aclıqdan öldürüldü. Bu cinayəti öz adı ilə - soyqırımı çağırmaq üçün verdiyi təkana görə Ukrayna xarici işlər nazirinə təşəkkür edirəm. Almaniya Bundestaqında bunun müzakirəsini təklif edən hər kəsə təşəkkür edirəm", XİN rəhbəri deyib.

Qeyd edək ki, Almaniya parlamentariləri 1932-33-cü illərdə milyonlarla ukraynalının aclıqdan ölməsinin soyqırımı kimi tanınması təklifini səsverməyə çıxaracaq.

Qətnamənin mətnində deyilir ki, 1932-33-cü illərdə baş vermiş böyük aclıq və ya Qolodomor "totalitar sistemlər tərəfindən törədilən və bu müddət ərzində Avropada milyonlarla insanın həyatına son qoyan, xüsusən də XX əsrin birinci yarısında törədilmiş qeyri-insani cinayətlər siyahısına daxil edilməlidir", – "Frankfurter Allgemeine Zeitung" qəzeti yazır.

Almaniya mətbuatının verdiyi məlumata görə, qətnamə gələn çərşənbə günü parlamentin aşağı palatası olan Bundestaqda müzakirə edilərək qəbul ediləcək./apa
 
7NEWS.Az
Mənbə:
0
97
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar