Bütün koronavirus infeksiyalarına qarşı super peyvənd hazırlandı

Alimlər meymun və siçanlar üzərində sınaq aparıblar

Dyuk (Duke) Peyvənd İnstitutunun (Darem, Şimali Karolina, ABŞ) mütəxəssisləri yeni peyvənd hazırlayıblar. Bu peyvənd sınaqlarda müxtəlif koronavirus infeksiyalarına, o cümlədən SARS-CoV-1, SARS-CoV-2-yə qarşı səmərəliliyini sübut edib. Alimlər meymun və siçanlar üzərində sınaq aparıblar. Bu heyvanlarda aşı ilə induksiyalanmış antikorlar yalnız Uxan koronavirusunun klassik ştamını deyil, həm də Böyük Britaniya, Cənubi Afrika və Braziliyada yaranan yeni variantları da uğurla neytrallaşdırdı. Bununla yanaşı, meymunlarda aparılan sınaqlar zamanı yeni peyvənd COVID-19 infeksiyasını 100% bloklayıb.

0
85
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar