• Şikayət et

"Cek Sərçə" yenidən qayıdır

Amerikalı aktyor Conni Depp “Karib dənizinin quldurları” serialının altıncı filmində rol alacaq.

Azerforum.com xəbər verir ki, aktyor son hissədən 5 il sonra kapitan "Cek Sərçə" roluna qayıdacaq. Onun adı filmdə çəkilmək üçün çağırılacaq aktyorların yeni siyahısında yer alıb.

Fevralın əvvəlində sınaq çəkilişi ediləcəyi gözlənilir.

Aprel ayında Conni Deppin “Karib dənizinin quldurları” filminin çəkilişlərinə qayıtmaqdan imtina etdiyi bildirilmişdi.

Daha sonra iyul ayında aktyorun Disney ilə 300 milyon dollarlıq müqavilə ilə bağlı danışıqlar apardığı xəbəri yayılmışdı.

0
8326
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar