• Şikayət et

Cənubi Azərbaycan klubundan ayrıldı, Rusiyada işə başladı

"Traktor"dan ayrılan Kurban Berdıyevin yeni komandası bəlli olub.

Sportinfo.az xəbər verir ki, 70 yaşlı mütəxəssis Rusiyada "Soçi"inin sükanı arxasına keçib.

Məlumatı klubun prezidenti Boris Rotenberq təsdiqləyib. Funksioner təcrübəli baş məşqçi ilə 2,5 illik müqavilə imzalanacağını bildirib. O, artıq komanda üzvlərinə təqdim olunub.

Kurban Berdiyev cari ilin iyununda Təbriz təmsilçisinin baş məşqçisi təyin olunmuşdu.

O, 2001-2013 və 2017-2019-cu illərdə Rusiyada "Rubin"ə rəhbərlik edib. Mütəxəssis 2014-2017-ci illərdə "Rostov"da da işləyib.

Mənbə:
0
103
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar