• Şikayət et

Daha bir gənc həkim Gəncə Şəhər Birləşmiş Xəstəxanasında fəaliyyətə başlayıb

Gənc həkim Qüdrət Şahəddin oğlu Qasımov Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxananın Poliklinika şöbəsinin otorinolarinqoloqu vəzifəsinə təyinat alıb.

 

Qeyd edək ki, Qüdrət Qasımov 6 oktyabr 1985-ci ildə Gəncə şəhərində anadan olub. O, 2002-2008-ci illərdə Ukraynanın Donetsk Milli Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2009-2011-ci illərdə Sankt-Peterburq Dövlət Tibb Universitetində otorinolarinqologiya üzrə klinik ordinatura kursu keçib.

 

Qüdrət Qasımov 2012-2022-ci illər ərzində Rusiyanın paytaxtı Moskvada bir neçə dövlət və özəl tibb müəssisələrində lor-həkim vəzifəsində çalışıb.

    Mənbə:
    0
    382
    0
    0 şərh

    Ən çox oxunanlar

    • Bugün
    • Həftə
    • Ay

    Son şərhlər

    Trenddə olanlar