Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam verib.

Sərəncamla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilir:

"general-leytenant" hərbi rütbəsi

general-mayor Zakir Samiddin oğlu Ağayevə

general-mayor Azər Əli oğlu Əliyevə

"general-mayor" hərbi rütbəsi

polkovnik Nicad Kamandar oğlu Qarayevə

polkovnik Akif Səməndər oğlu Pirverdiyevə

polkovnik Zaur Zeynalabdul oğlu Rüstəmova

polkovnik Eldəniz Telman oğlu Yəhyayevə

polkovnik Zaur İlham oğlu Zeynalova

"tibb xidməti general-mayoru" hərbi rütbəsi

tibb xidməti polkovniki Firudin İsaxan oğlu Nəbiyevə.

2022-ci ilin yanvar-may aylarında banklar 331,5 milyon manat xalis mənfəət, 503,7 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.

Day.Az Mərkəzi Banka istinadən xəbər verir ki, ilin əvvəlindən banklar tərəfindən ümumilikdə 73,1 milyon manat məbləğində mənfəət vergisi ödənilib.

Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,5 faiz və ya 22,5 milyon manat çoxdur.

Bakıda yoldan keçən şəxsin baxışına görə dava baş verib.

Day.Az "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə bir neçə gün öncə Səbail rayonunda yerləşən mağazalardan birinin önündə qeydə alınıb. Kamal Kamalov (şərti) səhər 06:25 radələrində dostları ilə gəzən zaman bir şəxsin onlara tərs-tərs baxaraq yanlarından keçdiyini düşünüb. Bu zaman onun yanında olan dostu həmin şəxsdən niyə elə baxdığını soruşub. Sözlü mübahisə davaya çevrilib. Baxışına görə zərbə alan şəxsin ağzından qan açılıb.

Hadisə yerinə polis əməkdaşları gəlib və məsələni aydınlaşdırmaq üçün tərəfləri polis bölməsinə dəvət ediblər. Lakin K.Kamalov buna etiraz edib. Polisin tələblərinə tabe olmadığı üçün Kamalı məcburi qaydada avtopatrula əyləşdiriblər. Bu zaman bir polis əməkdaşının xidməti forması zədələnib, jileti cırılıb.

K.Kamalova İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə protokol tərtib olunub. Səbail Rayon Məhkəməsinin qərarı ilə ona 200 (iki yüz) manat inzibati cərimə yazılıb.

Ağdamda Xaçınçay çayına gələn sel içində sərnişin olan avtomobili aparıb.

Day.Az APA-ya istinadən bildirir ki, çaydan keçmək istəyən "Jiquli" markalı avtomobili sel aparıb.

Hadisəni görən İlqar adlı şəxs özünü çaya ataraq avtomobildə olanları xilas edib. Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları Əhmədova Elyanə və Quliyeva Aminəni, eləcə də onları xilas edən İlqar adlı şəxsi Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

Müğənni Sevil-Sevinc bacıları izləyicidən gələn sual qarşısında əsəbiləşiblər.

Day.Az xəbər verir ki, bacılar sosial şəbəkədə izləyicilərdən gələn sualları cavablandırıblar.

Bu zaman onlara ünvanlanan "niyə ərə getmirsiniz?" sualı qarşısında özlərini cilovlaya bilməyiblər.

"Bizi alan yoxdur... Axı sizə nə, ərə getdik, ya qaldıq, bu nəyi dəyişir axı? Bunu bizim ailəmiz bilər, biz bilərik. Siz özünüzü çox yormayın", - deyə bacılar əlavə ediblər.

Bakıdan yola düşmüş ilk sərnişin avtobusu Füzuliyə çatıb.

Day.Az Trend-ə istinadən bildirir ki, avtobus iyunun 25-i səhər saatlarında Bakı beynəlxalq və şəhərlərarası avtovağzalından yola düşüb.

Füzuliyə gəlmiş sərnişinlər Mərdinli kənd məscidini, şəhərin mərkəzini və Füzuli Beynəlxalq Hava Limanını ziyarət edəcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev müvafiq işlər aparıldıqdan sonra reyslərin sayının artırılmasının nəzərdə tutulduğunu demişdi.

O bildirib ki, avtobusun tutumu 59 nəfərdir və birinci reys üçün bütün biletlər satılıb.

Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Day.Az-a verilən məlumata görə, iyunun 25-i saat 11:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin şimal və qərb rayonlarında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Yağan leysan yağış nəticəsində iyunun 24-də saat 22:00 radələrində Əyriçay-Başdaşağıldan (Oğuz) sel keçib.

Hazırda Ceyrançöl, Balakən rayonlarında yağış yağır.

Düşən yağışın miqdarı Göygöldə 23.0 mm, Şahdağda 13.0 mm, Xınalıq, Mingəçevirdə 12.0 mm, Oğuzda 11.0 mm, Qəbələdə 9.0 mm, Sarıbaş, Qrızda 8.0 mm, Şəkidə 6.0 mm, Daşkəsən, Zaqatala, Ağstafada 5.0 mm, Gəncədə 4.0 mm, Şərur, Gədəbəy, Tovuz, Kişçay, Ləzə, Balakən, Qubada 2.0 mm, Qusar, Şəmkir, Naftalan, Sədərək, Yevlax, Sumqayıtda 1.0 mm-dək olub.

İyunun 24-də saat 21:20 radələrində Şəki rayonu Kiçik Dəhnə kəndinə xırda dənəli dolu düşüb.

İyunun 24-də Bakıda iqlim normasından 2.0° yuxarı olub, Bakıda və Abşeron yarımadasında 26-31° isti, Naxçıvan MR-da 31-36° isti, dağlıq rayonlarda 18-23° isti, aran rayonlarında 29-34° isti olub.

İyunun 29-dək əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunsa da, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Bakıda avtobus qəzaya uğrayıb.

Bakı Nəqliyyat Agentliyindən Day.Az-a verilən məlumata görə, 25.06.2022 tarixində "Kənan-2000" şirkətinin müvəqqəti istismarında olan 70 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 90 MJ 279 nömrəli avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

"Sərnişin avtobusu minik avtomobili ilə toqquşub. Daşıyıcı şirkətin direktoru Əbülfət Bayramovun verdiyi məlumata əsasən, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb", - məlumatda bildirilir.

İyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən iyunun 25-də SMS vasitəsilə məlumatlandırılıblar.

Bu barədə Day.Az-a Dövlət Xidmətindən məlumat verilib.

Vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü SHXÇDX-nin rəsmi internet saytının "Elektron xidmət" bölməsinin "Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar" alt bölməsində tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər. Bununla yanaşı müddətli həqiqi hərbi xidmətə göndərilənlər mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə edə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Çağırışçılara SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrində qeydiyyat zamanı təqdim etdikləri mobil nömrələrini aktiv saxlamaları tövsiyə olunur.

Qeyd edək ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan öncə - dekabr, mart, iyun, sentyabr aylarının sonunda aktivləşir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də "Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" Sərəncam imzalayıb. 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987-2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları sərəncama əsasən 2022-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Türkiyənin Muğla vilayətindəki meşə yanğını tamamilə nəzarət altına alınıb, yaxın bir neçə gün ərzində ərazidə soyutma işləri aparılacaq.

Day.Az xəbər verir ki, bunu Türkiyə mətbuatına açıqlamasında kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi deyib.

Nazir bildirib ki, Marmaris bölgəsində bir neçə gün davam etmiş yanğın nəticəsində 4.5 min hektar ərazi məhv olub. İnsan itkisi qeydə alınmayıb.

Yanğının söndürülməsində 1 169 texnika, 63 hava nəqliyyatı və 4 587 personal iştirak edib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib.

İdarənin baş inspektoru, mayor Araz Əsgərli Day.Az-a bildirib ki, 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunacaq: "Vətəndaşlardan xahiş edirik ki, Silahı Qüvvələr günün qeyd olunması ilə əlaqədar keçiriləcək tədbiri nəzərə alıb, marşrutlar üzrə şəxsi minik avtomobillərindən istifadə etməsinlər. Tədbirin yüksək səviyyədə keçirilərək başa çatması üçün lazımı köməyi göstərsinlər".

DYP sözçüsü Bakıda keçiriləcək tədbirin marşrutlarını açıqlayıb.

Belə ki, hərbi orkestrlər iyunun 26-sı saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:

- Heydər Əliyev sarayı - Bülbül prospekti, Nizami kinoteatri
Azadlıq meydanı - AMAY ticarət mərkəzi;

- Neftçilər prospekti

- Şəhidlər Xiyabanı - Alov qüllələri - İçərişəhər metrosu - Qala qapısı - Kukla teatrı - AzNeft dairəsi - Bəhram Gur heykəli;

- Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti

- Parlament prospekti - Şəhidlər Xiyabanı;
- Zabitlər parkı - Milli Sirk - Heydər Əliyev Sarayı, Səməd Vurğun küçəsi, Neftçilər prospekti;
- Nərimanov heykəli Mərkəzi park - Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı -
Milli Bank.

Həmin gün saat 19:00-dan 21:00-dək müəyyən edilmiş yerlərdə orkestrlərin nümunəvi
çıxışları olacaq:
- Heydər Əliyev parkında (Heydər Əliyev sarayının qarşısı);
- AzNeft dairəsindəki bayraq meydanında;
- Muzey Mərkəzi (bulvar fontanının qarşısı);
- Zabitlər parkında;
- Koroğlu parkında;
- Fəvvarələr meydanında.

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı, Xətai və Yasamal rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub.

FHN-dən Day.Az-a bildirilib ki, dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.

"Yuventus"la yollarını ayıracaq olan Paulo Dibala "Real"a keçəcək.

Day.Az Offsideplus.az-a istinadən xəbər verir ki, "kral klubu" Marko Asensionun komandanı tərk edəcyi halda 28 yaşlı argentinalı ulduzu transfer edəcək.

Dibalanın "qoca sinyora" ilə sözləşməsi bu ayın sonu başa çatır.

Qeyd edək ki, Dibala ötən mövsüm Turin təmsilçisi ilə 29 matçda 15 qol və 6 məhsuldar ötürmə edib.

26 iyun tarixində Milli Ordumuzun yaradılmasının 104 ili tamam olur. Artıq iki ildir ki, 26 iyun - Silahlı Qüvvələr Gününü digər bayramlar kimi tam fərqli əhval ruhiyyədə, qalib xalq, qalib dövlət kimi, işğala son qoyularaq ərazi bütövlüyümüzün təmin olunmasınından fərəh hissi keçirərək qeyd edirik.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, hər bir dövlətin varlığının və müstəqilliyinin qorunmasında ordu müstəsna rol oynayır. Azərbaycan Ordusu bu vəzifəsinin öhdəsindən ən yüksək səviyyədə gəlir, dövlətçiliyimizin, müstəqilliyimizin keşiyində daim qürurla və rəşadətlə dayanır.

O qeyd edib ki, müstəqillik illərində Azərbaycan Ordusu böyük inkişaf yolu keçib və dünyanın ən güclü orduları sırasına daxil olmağı bacarıb.

"Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra xüsusi diqqət yetirdiyi sahələrdən biri də məhz ordu quruculuğu oldu. Müstəqilliyin ilk illərində bütün sahələrdə olduğu kimi ordumuzda da xaos höküm sürürdü, ordumuz ayrı-ayrı başıpozuq silahlı dəstələr qismində müəyyən qrupların və siyasi dairələrin şəxsi maraqlarına xidmət edirdi. Torpaqlarımızın keşində dayanmalı, erməni təcavüzünün qarşısını almalı olan ordumuz pərən-pərən salınmış, ayrı-ayrı şəxslərin qanunsuz idarəçliyi altında idi, torpalqrımızın müdafiəsi isə ayrı-ayrı özünümüdafiə batalyonlarının ümidinə qalmışdı.

Yalnız Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ordu sahəsində xaosa, pərakəndəliyə, qanunsuz idarəçiliyə son qoyuldu. Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə də dirçəlişə nail ola bildi. Ümummilli lider yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı.

Ulu öndər ordu quruculuğu sahəsində tarixi qərarlar qəbul etdi və genişmiqyaslı islahatlara start verdi. Qısa müddət ərzində qarşıya qoyulan məqsədlərə nail olundu, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ali Baş Komandanın ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi onlara böyük ruh yüksəkliyi verdi", - deyə A.Həsənova vurğulayıb.

Deputat qeyd edib ki, müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. "Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev hərbçilərin peşəkarlığının artırılmasına, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə, ordumuzun ən müasir silah və texnika ilə təchizatı və şəxsi heyətin müasir silahlardan peşəkarlıqla istifadə vərdişlərinin formalaşdırılmasına böyük diqqət ayırdı. Görülən bu məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi", - deyə A.Həsənova qeyd edib.

Deputat vurğulayıb ki, rəşadətli Azərbaycan ordusu xalq, dövlət qarşısında tarixi missiyasını ləyaqətlə yerinə yetirərək 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq və rəşadət göstərdi, xalqımıza, dövlətimizə qarşı erməni vandallarının həyata keçirdiyi 200 illik işğalçılıq, soyqırım siyasətinə son qoydu.

"Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu 44 günlük müharibədə dünya hərb taixində yeni bir səhifə yazdı, müzəffər ordumuz erməni təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına başlamaqla xalqımıza böyük qələbə sevinci yaşatdı. Bu müharibədə Azərbaycan ordusu əsl qəhrəmanlıq göstərdi. Şanlı ordumuz düşməni ağır məğlubiyyətə uğradaraq xalqımızın 30 illik Vətən, torpaq həsrətinə son qoydu, torpaqlarımız düşmən tapdağından azad etdi. Bu qələbə təkcə torpaqlarımızın azad edilməsi deyil, eyni zamanda xalqımızın mənəvi qələbəsi, özünəinam və qələbə əzmininin özünə qaytarılması ilə nəticələndi.

Azərbaycan xalqı hər zaman öz qəhrəman övladlarının şücaətini, əzmini yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini daim uca və əziz tutur.
Bütün hərbçilərimizi 26 iyun - Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətlərində uğurlar arzulayıram", - deyə deputat əlavə edib.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət") vətəndaşlara müraciət edib.

Agentlikdən Day.Az-a verilən məlumata görə, 26 İyun - Silahli Qüvvələr Günü ilə əlaqədar "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

Bu səbəbdən vətəndaşlar iyunun 27-dən mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Balakən rayonunda ağır yol qəzasında iki nəfər həlak olub, beş nəfər yaralanıb.

Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, iyunun 25-də saat 1 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində E.Vəliyevin idarə etdiyi VAZ-2103 və K.Əhmədovun idarə etdiyi "Ford Transit" markalı avtomobillər toqquşub. Nəticədə E.Vəliyevin sərnişinləri İlqar Əhmədov və İbrahim Musayev hadisə yerində ölüb, hər iki sürücü və üç sərnişin xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Teleaparıcı Vüsalə Əlizadə sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Day.Az xəbər verir ki, instaqram səhifəsində bahalı və lüks avtomobilinin görüntülərini yayımlayıb.

Aparıcı qara rəngli "Porsche" markalı maşınında lentə alınan fotolarına bunları əlavə edib və şərh bölməsini bağlayıb:

"Yanlış yoldasan" deyənlərlə həmişə eyni yolda qarşılaşdıq".

İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması məqsədi ilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən intensiv tədbirlər yerinə yetirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Day.Az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı tərk edilmiş hərbi mövqelərdən müxtəlif silah-sursatlar aşkar ediblər.

Tapılan 5 avtomat, 3 qumbaraatan, 1 pulemyot, 1 tapança, 1 minaatan, 1 tank əleyhinə idarəolunan raket sistemi, 44 müxtəlif növ qumbaralar, 7 mərmi, 2959 müxtəlif çaplı patronlar və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 24-də 121,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,86 dollar/barel çoxdur.

Bu barədə Day.Az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 119,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,84 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 78,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 2,79 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 119,95 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,62 dollar/barel çoxdur.

Ağdaş şəhəri ərazisində yerləşən anbarların birindən oğurluq edilib. Polis şöbəsinə müraciət edən zərərçəkən icarə əsasında işlətdiyi həmin obyektdən ümumi dəyəri 4700 manat olan spirtli içkilərin oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Day.Az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ağdaş şəhər sakinləri, əvvəllər də bir neçə dəfə məhkum olunmuş dostlar-Səbuhi Nəbiyev və Təbriz Hüseynov saxlanılıblar. Onlar əməllərini etiraf ediblər və oğurladıqları spirtli içkiləri satdıqlarını bildiriblər. Qalanları isə onlardan maddi sübut kimi götürülüb.

Şəhər ərazisində digər bir oğurluq isə mağazadan edilib.Obyektin qapısı dəmir məhəccərlərlə bağlı olduğu üçün oğrular mağazanın damını sökərək içəriyə daxil olublar. Onlar əvvəlcə müşahidə kameralarının yaddaş qurğusunu sıradan çıxarıb, daha sonra isə kassada olan 3000 manat pulu, eləcə də 5000 manat dəyərində tütün məmulatlarını oğurlayıblar. "İsti izlər"lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qısa zaman ərzində cinayəti törədənlərdən biri, əvvəllər də adam öldürməyə görə məhkum olunmuş Rafiq Muradlı polis əməkdaşları tərəfindən saxlanılıb. R.Muradlı saxlanılan zaman müqavimət göstərib qaçmağa çalışsa da, lakin polis əməkdaşlarının çevikliyi nəticəsində onun bu cəhdinin qarşısı alınıb və tutularaq istintaqa təhvil verilib. Oğurladıqları tütün məmulatları ondan maddi sübut kimi götürülüb. Cinayəti törədən digər şəxsin isə kimliyi müəyyən edilib və saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər verdiyimiz kimi, ermənilər növbəti dəfə Laçın istiqamətində təxribat törətdilər.

Day.Az xəbər verir ki, Ermənistan tərəfindən təxribatların tez-tez baş verməsi səbəbindən Laçın dəhlizi hər an bağlana bilər.

Siyasi şərhçi Elşad Həsənov mövzu barədə SƏS TV-də danışıb.

Videomaterialı təqdim edirik: