De Byazi Premyer Liqanın yeni mövsümünün təqvimini dəyişdi

“Milli komandanın birinci fasiləsinə qədər iki tur nəzərdə tutulub”.

Sportiinfo.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) Texniki İdman şöbəsinin müdiri Elgiz Abbasov deyib.

Bu gün Azərbaycan Premyer Liqasının 2021/22 mövsümü ilə bağlı keçirilən püşkatma mərasimində çıxış edən Abbasov bildirb ki, Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi ilə bununla bağlı görüş olub:

“Yığmamız sentyabrda rəsmi oyunlar keçirəcək. Biz ona qədər 3 tur təşkil etməyi nəzərdə tuturduq.

Ancaq milli ilə yanaşı, klublarımızın avrokuboklardakı çıxışları da var. Bu da təqvimin daha sıxlaşmasına yol açardı. Bunu nəzərə alıb, yığmanın toplanışına qədər 2 turun keçirilməsi qərara alındı”.

PFL rəsmisi əlavə edib ki, II turun matçlarının avqustun 21-22-də keçirilməsi nəzərdə tutulub.

Mənbə:
0
58
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar