Delta ştamının yaratdığı xəstəlik əvvəlki ştamlardan daha tez sağalır - Aydın Əliyev 

"Əgər xəstənin əl barmağı ucundan pulsoksimetr cihazı ilə ölçülən oksigen saturasiyası 95-dən yuxarıdırsa, boğulma, təngnəfəslik, ciddi halsızlığı və yanaşı ağır xəstəliyi yoxdursa panikaya heç bir əsas yoxdur".
 
Aztibb.az xəbər verir ki, bu fikirləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri, radioloq-həkim Aydın Əliyev bildirib. 
 
A.Əliyev bu yaxınlarda baş vermiş hadisədən nümunə gətirərək deyib: "Bu günlərdə cavan, yanaşı ağır xəstəliyi olmayan, oksigen saturasiyası 98-99, hərarəti-38, müvafiq qan analizlərində vitamin D çatışmazlığından başqa dəyişiklikləri demək olar ki, olmayan, iştahası normal olan, yəni xəstəliyi yüngül keçirən bir tanış xəstə həkimə müraciət edib. Həkim xəstənin xəstəliyi yüngül keçiridiyini deyib və parasetamol, vitimin D, C və s. bu kimi yüngül, köməkçi preparatlar təyin edib, bol maye qəbul etməyi tövsiyə edib. Xəstə isə inanmayıb və “arxayın”  olmaq üçün və ya kimlərinsə məsləhəti ilə gedib kompüter tomoqrafiyası (KT) müayinəsindən keçib, 5-10% buzlu şüşə mənzərəsi aşkar edilib ki, bu da bu xəstəlikdə adi haldır. Xəstə başqa həkimə müraciət etdikdə ona sistem və antibiotiklər təyin edib. Bu "müalicədən" 2 gün sonra lazımsız dərmanlar xəstəni çox pis hala salıb və xəstəxanaya getmək məcburiyyətində qalıb".
 
Həkim qeyd edib ki, xəstəliyi yüngül keçirənlərin heç bir ciddi müalicəyə ehtiyac yoxdur: "Delta ştamı öncəki ştamlardan daha yüngül əlamətlərlə keçir.  Lazım olmadığı halda KT və digər müayinələrdən, analizlərdən keçməyin".
    Mənbə:
    0
    116
    0
    0 şərh

    Ən çox oxunanlar

    • Bugün
    • Həftə
    • Ay

    Son şərhlər

    Trenddə olanlar