Deputat: “Paşinyan düşüncəsiz hərəkətləri ilə Ermənistanı məhvə sürükləyir”

Son günlərdə Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər istiqamətində baş verən təxribatlar bir daha sübut edir ki, İrəvan bölgədə dayanıqlı sülhün, sabitliyin təmin olunmasında, inteqrasiya proseslərində maraqlı deyil.

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, bununla da Ermənistan 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın tələblərini icra etməklə, imzasına hörtməsizliyini dünyaya nümayiş etdirir.

“Bu gün Ermənistan 44 günlük müharibədə ağır məğlubiyyətin nəticəsi olaraq imzaladığı üçtərəfli bəyanatın müddəlarını icra edib, bölgədə yaranmış yeni reallığın şərtlərinə uyğun addım atmaq əvəzinə, biz bunun tam əksinin şahidi oluruq. İrəvan hər vasitə ilə bölgədə əldə olunan kövrək sülhü və sabitliyi pozmaqla bölgəynin təhlükəsizliyinə ciddi təhdid yaratmaqdadır. Düzdür, ermənin nə dediyi sözə, nə də imzaladığı sənədə etibar etmək olmaz. Amma yenə də beynəlxalq aləm və qanunvericilik, imicə zərbə vurmaq kimi anlayışlar var. Ancaq Ermənistan bunların heç birinə əhəmiyyət vermədən beynəlxalq hüququ ayaqlar altına ataraq sülhü təhlükə altına almaqla bölgədə gərginliyi davam etdirir. Paşinyanın bu hərəkətlərini atdığı imzaya hörmətsiz yanaşan naşı dövlət adamı və bu yolla məsuliyyətdən yaxa qurtamağa cəhd kimi dəyərləndirmək olar. Amma bunlar əbəsdir və gec-tez Ermənistan sənədin tələblərini icra edəcək. O baxımdan da baş verən son olaylara görə məsuliyyət  birmənalı şəkildə İrəvanın üzərinə düşür”, - deputat qeyd edib.

Millət vəkili hesab edir ki, Ermənistanın təxribatlaır nəticə verməyəcək: “Ermənistan tərəfi təxribatlarını davam etdirərsə, dəmir yumruq yerindədir və layiqli cavabını alacaq. Azərbaycan  onun bu təxribatlarını reallaşdırmağa imkan verməyəcək.

Bir də Ermənistan artıq belə gücdə də deyil ki Azərbaycan qarşı revanşist planlarını reallaşdırsın. Bunu ermənilərin özləri də yaxşı anlayır və bilirlər ki, hansı acı nəticə ilə üzləşə bilərlər. Sadəcə onlar erməni xislətinə uyğun olaraq bu təxibatlar vasitəsi ilə digər gücləri, dövlətləri prosesə cəlb etmək istəyirlər. Onların bu hiyləgər niyyətinin arxasında  hansı məqsədlər dayandığını və nəyə xidmət etdiyini hamı yaxşı bilir”.

O əlavə edib ki, Paşinyanın son törətdiyi təxribatlar həm də Rusiyanın imicinə zərbə vurmaq məqsədi daşıyır: “Paşinyan hər vasitə ilə Rusiyanı KTMT-nin öz çirkin oyununa alət etmək istəyir. Lakin Moskvada da Paşinyanın oyununu yaxşı anlayır və onun bu təxribatlarında iştirak etməyərək, ehtiyatlı mövqe sərgiləyir. Rusiyalı parlamentarilər, nüfuzlu ekspertlər Paşinyanın bu hərkətlərini Moskvaya qarşı açıq təxribat kimi dəyərləndirir və bunun Ermənistan-Rusiya münasibətlərinə ciddi xələl gətridiyini qeyd edirlər.  

Amma mən burada Rusiyanı da günahkar hesab edirəm. Çünki üçtərəfli bəyanata imza atan tərəflərdən biri də Rusiyadır. İmzalanan bəyanatın tələbinə uyğun olaraq  bölgədə sülhün təmin olunması üçün bütün addımları atacaq. Bu məqsədlə də bölgədə öz sülhməramlılarını yerləşdirib. Ancaq biz bunun şahidi olmuruq. Hesab edirəm ki, Rusiya imzalanan bəyanatın tələblərindən irəli gələn öhdəliyini yerinə yetirib İrəvanı təxribatçı hərəkətlərdən geri çəkilməyə vadar etməli, bölgədə dayanıqlı sülh, əməkdaşlıq istiqamətində real addımlar atmalıdır. 
Paşinyan əslində bu cür düşüncəsiz hərəkətləri ilə Ermənistanı qazdığı quyuya salmış olur. Çünki Paşinyanın həm Rusiya, həm Qərblə ikili oyunu sonda ermənilərin acı faciəsi ilə nəticələnəcək. Bu cür yanlış, ikibaşlı oyundan uduzan ermənilər və Ermənistan dövlətçiliyi olacaq. Bunun da səbəbi ondan ibarətdir ki, Ermənistanı idarə edənlər hələ də bölgədə yaranmış yeni reallığa uyğun olaraq  gələcəkləri ilə bağlı düzgün strategiyanı müəyyənləşdirə bilməməsindədir. Onların sabahla bağlı aydın mövqeləri yoxdur.

Ermənistanın üzləşdiyi vəziyyətdən yeganə çıxış yolu isə Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmasından keçir. Bu da ondan ibarətdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb sülh sazişi imzalayır və  bir də Türkiyəyə qarşı ərazi iddiasından, uydurma soyqırımından əl çəkir. Əks təqdirdə Ermənistan məhvə məhkumdur. Özünü təcrid siyasəti onları məhvə sürükləyəcək”.

Deputat son olaraq onu da deyib ki, İrəvan son təxribatçı hərəkətləri Rusiya-Azərbaycan-Türkiyə, həmçinin KTMT-yə üzv olan ölkələrlə  münasibətlərinə xələl gətirməyə yönəlib: “Ancaq Ermənistanın bütün bu cəhdləri boşa çıxacaq. Nə Rusiya, nə də KTMT-də təmsil olunan ölkələr  Ermənistanın bu cür hiyləgər oyununda iştirak edəcək.

Ermənistan KTMT üzvü olmasına baxmayaraq, Azərbaycanın həmin təşkilatda təmsil olunan ölkələrlə çox sıx əməkdaşlıq münasibətləri var. Rusiya Azərbaycan münasibətləri isə strateji tərəfdaşlıq xarakteri daşıyır və bu əlaqələr getdikcə daha da dərinləşir. Biz bunun son hadisələr zamanı istər Kremlin rəsmi açıqlamalarında, istərsə deputat və digər siyasilərinin, politoloqlarının açıqlamasında  görə bilərik”.

Mürtəza
Ölkə.Az

Mənbə:
0
75
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar