Direktor işdən çıxarıldı: xərac toplama qalmaqalı

Təhsil Nazirliyinin "Təhsil" Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov tutduğu vəzifədən azad edilib.

Ölkə.Az Haqqin.az-a istinadən xəbər verir ki, bunun səbəbi onun tərəfindən törədilən çoxsaylı maliyyə pozuntularıdır. Daxili yoxlama başlayıb və hazırda N.Lahıcov barəsində təhqiqat aparılır.

Onun işdən çıxarılmasının səbəblərindən biri də pul yığmaq məqsədi ilə etdiyi "təşəbbüs" olub. 

Sayt yazır ki, bir neçə ay əvvəl, o, idman məktəblərinin direktorlarına yeni nazir Emin Əmrullayev üçün “xərac toplamaq” lazım olduğunu deyib. Təbii ki, bütün bunlar islahatçı-nazirin özünün xəbəri olmadan baş verib.

Mənbə:
0
202
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar