• Şikayət et

Doğuş canlı efirdə AĞLADI: "Övladlarım doğulduqdan sonra anamı bağışladım" - VİDEO

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Doğuşun anası Nurhəyat xanım "Günaydın Azərbaycan!" səhər şousunda dilə gətirdiyi "Həyat yoldaşım bir gün gəlib dedi ki, ayrılaq. Məhkəmə zorla Doğuşu məndən aldı. Məhkəmə övladlarımdan birini mənə, birini də ona verdi" açıqlaması ilə gündəmi alt-üst etdi.

Bizim.Media xəbər verir ki, sözügedən verilişin aparcısı Doğuş anasının acılarla dolu taleyindən sarsılaraq, göz yaşlarına qərq olub.

"Bunu ürəkdən söyləyirəm, övladlarım dünyaya gəldikdən sonra ana səni bağışladım", - deyə müğənni bildirib.

Proqramın gedişatında Doğuş anası Nurhəyat xanımın ağrılı həyat hekayəsini dinlədikdən sonra onu qucaqlayıb və ayaqlarına sarılıb.

Qeyd edə ki, müğənni Doğuş daha əvvəl anası və atası tərəfindən dörd yaşında küçəyə atıldığını bildirib. Lakin o məşhurlaşdıqdan sonra Türkiyədə verilişlərin birinə çıxaraq, anası ilə atasına sahib çıxıb.
Teleaparıcı və jurnalist Xoşqədəm Hidayətqızı ilə ailəli olan Doğuşun Arda və Arın adlı iki oğlan övladı var.

Rəşad Əliyev, Bizim.Media
 

Mənbə:
0
56
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar