• Şikayət et

DÖVLƏT ÇEVRİLİŞİ OLMAYACAQ, RUSİYA XOFU SÜNİDİR - Siyasi Analitik

Siyasi şərhçi: "Cəmiyyətdə dövlətimizə xof yaradacaq xarici qüvvə mövcud deyil" - VİDEOŞƏRH

Yüksək vəzifəli məmurlar yol verdiyi qanunpozuntularına görə vəzifələrindən kənarlaşdırılır, hətta bir qismi barəsində cinayət işi açılır. 

Bəzi siyasi şərhçilər düşünür ki, bu kimi sabiq məmurlar ölkə ərazisində təhlükəyə çevrilə bilər. 

Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən siyasi şərhçi Turab Rzayev bildirib ki, bu məmurların cəmiyyətimizdə heç bir nüfuzu olmadığı üçün ölkəyə hər hansı bir təhlükəsi də ola bilməz. Ekspert həmçinin "vurulmuş" kadrların  sonrakı taleyi, bəzi məmurlara simvolik vəzifələrin verilməsi barədə də fikirlərini bölüşüb:

DÖVLƏT ÇEVRİLİŞİ VƏ YA RUSİYA XOFU

Cəmiyyətdə süni dövlət çevrilişi ssenarisi və Rusiya xofu yaradılır. Azərbaycanda sabiq məmurların dövlət çevrilişi etməsi ssenarisi mümkün deyil. Səbəbləri belə qruplaşdıra bilərik:

1. Bu insanların var-dövlətinin qaynağı vəzifədə olduqları müddətdə korrupsiya və rüşvət vasitəsi ilə yığdıqlarıdır.

2. Bu insanların bir çoxunun nəinki cəmiyyətdə, geniş ictimaiyyət arasında, heç öz təmsil olunduqları sektorda belə hörmətləri və yaxud peşəkar nüfuzları yoxdur.

3. Bu məmurlar nağd vəsaitlərini çoxdan ölkədən çıxarıblar. Ölkəyə xaricdən maliyyə daxil olması tamamilə kontrol altındadır. Burda sahib olduqları əsasən böyük və bahalı daşınmaz əmlak növləridir. onlar kütləvi ödəniş üçün yaramır.

4. Bu insanların sosial dəstəyi yoxdur. Əksinə əhali bir çoxuna nifrət edir. Əhalinin onları hələ ki linç etməməyinin yeganə səbəbi dövlətin onları qorumasıdır. Bu insanların dəstəkləyəcəyi heç bir ictimai hərəkat uğur qazana bilməz. Ən son Myanmar hadisələri də göstərir ki, hətta ordu rəhbərliyi belə ictimai dəstək olmadan siyasi çevrilişə cəhd göstərsə, sıravi əsgərlər itaətsizlik göstərərək onları pat vəziyyətinə sala bilər.

5. Ölkə rəhbərinin reytinqi tarixi maksimumdadır. Bir çox çevriliş ssenariləri hakimiyyəti ələ keçirdikdən sonra, legitimlik qazanmaq üçün bir, maksimum iki rayonu erməni nəzarətindən geri almaqla siyasi reytinq qazanmağa hesablanmışdı. Prezident özü Qarabağ məsələsini ən ciddi opponentlərinin də ağlına gəlməyəcək dərəcədə həll edib. Ordumuz tarixi zəfər qazanıb. Bu reytinqə qarşı keçmiş rüşvətxor məmurların çevriliş cəhdi sadəcə siyasi intihar cəhdi olardı.

P.S. Bundan əlavə, bir çox eçmiş məmurun simvolik də olsa vəzifə tutması, onların əks cəbhədə leqal siyasi mübarizə yolunu bağlayır. Keçmiş məmurlar illərlə bu siyasi sistemdə fəaliyyət göstərmiş, kifayət qədər təcrübəli, dövlət şinelindən çıxmış, ictimai-siyasi vəziyyəti kifayət qədər gözəl analiz etməyi bacaran şəxslərdir. Onlar indiki vəziyyətdə dövlətə və ya dövlət rəhbərinə qarşı çıxışın nə ilə nəticələcəyini çox gözəl bilirlər. Ona görə bu çevriliş ssenariləri cəmiyyətdə süni xof yaratmaqdan başqa bir şey deyildir.

Məleykə Ağasoy

0
997
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar