Almaniya kansleri Angela Merkel bundestaqın komissiyasında milyardlarla avroluq fırıldaqla bağlı şahid qismində ifadə verib.
Modern.az xəbər verir ki, məlumatı Almaniyada çıxan “Der Spigel” qəzeti yayıb.
İclasda Angela Merkel bildirib ki, “Wirecard”ın fəaliyyətində ciddi pozuntunu ehtimal etməyə əsası olmayıb. Onun sözlərinə görə, “Wirecard”ın Çin bazarından çıxması Almaniya hökumətinin maraqlarına uyğun olub.
Məlumata görə, 2019-cu ilin sentyabrında Angela Merkel “Wirecard”a Çin bazarından çıxmaq ideyasını irəli sürüb. 2020-ci ilin yayında “Finansial Times”ın jurnalistləri bu bank sisteminin 1,9 milyard avroluq maliyyə fırıldağının üstünü açıb. Bundan sonra “Wirecard”ın başçısı Markus Braun həbs edilib, direktorlar şurasının üzvü Yan Marsalek itkin düşüb. Bir müddət sonra onu Minskdə aşkarlayıblar. Onun Belarus paytaxtından Moskvaya getdiyi bildirilib. Y.Marsalekin orada Rusiya Xarici Kəşfiyyat Xidmətinin nəzarəti altında yaşadığı ehtimal edilir.
Şəki şəhərində yerləşən Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzi ilə bağlı bütün məsələlər Mədəniyyət Nazirliyi tərəfindən ciddi nəzarətdə saxlanılır.
Nazirlikdən Modern.az-a verilən məlumata görə, bu gün nazirliyin Şəki Regional Mədəniyyət İdarəsi tərəfindən mərkəz atlar üçün xüsusi qida vasitələri və tibbi yardımla təmin edilib.
Müəssisəyə ilkin maddi yardım təqdim olunub. Mərkəzdəki atlara tibbi xidmət göstərilib. Baytar heç bir kütləvi xəstəliyin qeydə alınmadığını təsdiqləyib.
Qeyd edək ki, mərkəzə Şəki Şəhər İcra Hakimiyyəti və digər qurumlar tərəfindən də yardım ayrılıb.
Xalq artisti Röya Ayxan bahalı geyimi ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, İnstaqramda "Kim hardan geyinir" səhifəsində Röya Ayxanın ətəyinin qiyməti açıqlanıb.
Xalq artistinin 1940 manatlıq ətəyi göz oxşayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qərb bölgəsinə səyahət edənlər Kəpəz dağının ətəyində bir-birindən gözəl göllərin əhatəsində yerləşən Göygöl Milli Parkındakı füsunkar mənzərənin şahidi olacaqlar.
Şimalda və şimal-qərbdə Şahdağ Milli Parkının dağlıq və dağətəyi landşaftında xüsusi zövq yaradan göllər və dağ çiçəkləri diqqət çəkir. Şahdağın yaz mənzərəsi bu ərazinin yeni sakinləri olan zubrlarla daha cəlbedici görünür.
Azərbaycanın cənub hissəsinin ən gözəl təbiət abidəsi olan Hirkan Milli Parkı da yaşıl örtüyə bürünüb.
Bu yaz Abşeron yarımadasının ən ucqar nöqtəsinə - Abşeron Milli Parkına da özünəməxsus gözəllik gətirib. Qırmızı, sarı, təbiətin rəng axarı...
Altıağac Milli Parkının meşəlikləri və çəmənlikləri də yaz peyzajı ilə göz oxşayır.
Ağgöl Milli Parkının düzən əraziləri lalələrlə qırmızı xalıya bənzəyir, bu mənzərə təbiətə daha da gözəllik qatıb.
Xəzər dənizini sıx meşələrlə birləşdirən Azərbaycandakı yeganə ərazi olan Samur-Yalama Milli Parkının da öz gözəlliyi var.
Təbiətin oyanışı ölkənin ən böyük ornitoloji məkanı kimi tanınan Qızılağac Milli Parkında daha gözəl mənzərə yaradıb.
Ceyranlar oylağı Muğan düzünün yaz gözəlliklərini Şirvan Milli Parkında axtarın.
Nazirlik gözəl yaz görüntülərini görmək üçün vətəndaşları səyahət fürsətlərini qaçırmamağa səsləyib!
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsahibələr 4 mərhələdə təşkil ediləcək. İlkin mərhələ may ayında baş tutacaq. Birinci mərhələdə imtahan nəticəsi 36 baldan çox olan və şagird sayı 1000 nəfərdən çox olan 40 ümumi təhsil müəssisəsində vakant direktor vəzifəsini seçmiş namizədlərin iştirakı planlaşdırılır. İkinci mərhələdə imtahan nəticəsi 30 baldan çox olan və şagird sayı 500-1000 nəfər olan 72 ümumi təhsil müəssisəsində vakant direktor vəzifəsini seçmiş namizədlərin iştirakı nəzərdə tutulur. Üçüncü mərhələdə isə imtahan nəticəsi 26 baldan çox olan və şagird sayı 100-500 nəfər olan 323 ümumi təhsil müəssisəsində, dördüncü mərhələdə imtahan nəticəsi 24 baldan çox olan və şagird sayı 2-100 nəfər olan 189 ümumi təhsil müəssisəsində vakant direktor vəzifəsini seçmiş namizədlər iştirak edəcək.
Müsahibə mərhələsinə namizədlərin daha hazırlıqlı iştirakını təmin etmək məqsədilə müsabiqə proqramı və nümunəvi müsahibə sualları hazırlanıb.
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə proqramı və müsabiqənin müsahibə mərhələsi üçün nümunəvi suallarla Təhsil Nazirliyinin rəsmi saytında tanış olmaq mümkündür.
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən “Büdcə və əmək qanunvericiliyi” adlı təkmilləşdirici ikigünlük təlim keçirilib.
Mərkəzdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlimdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə və Kənd Təsərrüfatı nazirliklərinin, Mərkəzi Seçki Komissiyasının və digər büdcə təşkilatlarından 12 mühasibat işçisi iştirak edib.
Gündəliyə uyğun olaraq mərkəzin direktoru Mehriban İmanova Maliyyə Tədris Mərkəzi və keçirilən təlimlər haqqında ümumi məlumat verib, mövzunun aktuallığı və mahiyyəti barədə danışıb. Bildirilib ki, “Mühasibat uçotu haqqında” Qanunda qeyd olunan peşəkar mühasib sertifikatını almaq istəyən şəxslərin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları ilə yanaşı, yerli qanunvericiliyin tələblərini də mükəmməl bilmələri vacib şərtdir. Bugünkü təlimin əsas məqsədi də gələcəyin peşəkar mühasiblərinin büdcə və əmək qanunvericiliyi ilə bağlı biliklərinin artırılmasıdır.
Təlimin ilk günü “Büdcə sistemi və vahid büdcə təsnifatının mahiyyəti” modulu ətrafında büdcə ilə bağlı əsas anlayışlar və onların izahı, Azərbaycan Respublikasının büdcə sistemi, məqsədli büdcə fondları, ehtiyat fondları, icmal büdcə, dövlət büdcəsinin tərtibi qaydaları, Vahid büdcə təsnifatına əsasən gəlir və xərclərin təsnifatı və digər mövzularla bağlı nazirliyin Büdcə şöbəsinin əməkdaşı Ramil Hüseynovun mövzu ilə əlaqədar slaydlarla zənginləşdirilmiş məlumatları diqqətə çatdırılıb, praktiki tapşırıqlar verilib.
Təlimin növbəti günü “Əmək qanunvericiliyinin əsasları” adlı mövzu ətrafında Maliyyə Tədris Mərkəzinin əməkdaşı Zəhra İsmayılova tərəfindən Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlar, əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları, müddətli və müddətsiz müqavilələr, iş vaxtı, natamam iş vaxtı və bu kimi digər maddələr haqqında iştirakçılara məlumat verilib.
Sonda təlim iştirakçılarının peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün test mərhələsi keçirilib və yekun nəticədə müvəffəqiyyət qazanan dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlikdə Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası ilə onlayn formatda keçirilən görüşdə bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir Prezident İlham Əliyevin tapşırığına əsasən ötən dövrdə ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində atılan addımları qeyd edib. Xüsusilə 2019-cu ildə inqilabi sosial paketlər çərçivəsində 4,2 milyon insanı əhatə edən sosial ödənişlərin əhəmiyyətli dərəcədə, bir sıra istiqamətlər üzrə 2 dəfədən çox artırıldığını diqqətə çatdırıb. Pandemiya dövründə sosial ödənişlərin davamlılığının və daha da artmasının təmin edildiyini bildirib. 2020-ci ildə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə ödənişlərə əvvəlki ilə nisbətən 20 faiz və ya 1 milyard manat çox olmaqla 5 milyard 743 milyon manat çox vəsait sərf olunduğunu qeyd edib.
S.Babayev dövlət və özəl sektorlarında çalışanların iş yerlərinin və əməkhaqqı gəlirlərinin qorunması, "Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən bu sahədə nəzarətin təmini, işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlıların birdəfəlik ödəmə ilə təminatı işlərindən bəhs edib. Məşğulluq imkanlarının artırılması üçün ötən il ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırıldığını, 12 500-dən çox şəxsin özünüməşğulluq proqramına cəlb edildiyini deyib. Sosial yardım proqramının genişləndirilməsi, əlillik, işsizlikdən sığorta ödənişi, sosial yardım alma müddəti bitənlər üçün sosial ödənişlərin davam etdirildiyi və s. istiqamətlərdə dəstək tədbirləri də diqqətə çatdırılıb.
Vurğulanıb ki, ötən il Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi Zəfər əldə edib. Ölkəmizin beynəlxalq səviyyədə tanınmış əraziləri Ermənistanın işğalından azad olunub. İşğalçı Ermənistan tərəfindən dağıdılmış həmin ərazilərdə artıq böyük quruculuq işləri aparılır. İşğaldan azad edilmiş ərazilərdə müasir sosial infrastruktur qurulacaq, geniş miqyaslı sosial müdafiə və aktiv məşğulluq proqramları da həyata keçiriləcək.
Görüşdə BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Natalya Tamirisa, missiyanın üzvləri, BVF-nin Orta Şərq və Mərkəzi Asiya departamentinin nümayəndələri Ciri Conas, Qustavo Ramires, İsuf Samake və digərlərinin fikirləri dinlənilib.
Dövlət İmtahan Mərkəzi (DİM) yaxın vaxtlarda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə qəbulu və imtahanlara start verəcək.
Avtosfer.az xəbər verir ki, DİM bununla əlaqədar abituriyentlərə sənədlərini qaydaya salmağı tövsiyə edib.
Qeyd olunub ki, bu günədək keçirilən buraxılış imtahanlarında iştirakçılar arasında xeyli müddət əvvəl şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş şagirdlər olub: "Bu ilin yanvar ayının 1-dək şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu və imtahanlarda iştirak etmək üçün müvafiq qurumlara müraciət edərək öz sənədlərini yeniləməlidirlər".
Azərbaycan Qarabağda müharibədə ölən daha 3 erməni hərbçinin meyitinin qalıqlarını Ermənistana təhvil verib.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, erməni hərbçilərin meyitlərinin qalıqları Ağdərə istiqamətində qarşı tərəfə verilib.
Bundan əvvəl də Azərbaycan xeyli erməni hərbçinin meyitinin qalıqlarını Ermənistana təhvil verib.
Bununla yanaşı, erməni tərəfinin Hadrut qəsəbəsi ərazisində bu gün apardığı axtarış zamanı iki erməni hərbçinin meyitinin qalıqları aşkarlanıb.
Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə 2020-ci il noyabrın 13-dən bəri 1 551 erməni hərbçinin meyitinin qalıqlarını tapılıb.
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı
Parlament insan alveri ilə bağlı hesabatı qəbul etdi
Ramazanın üçüncü gününün DUASI
Şanxayda, qatlanan damı olan yeni elektrikli bir avtomobilin təqdim olunduğu bir avtomobil sərgisi keçirilir.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Wuling HongGuang Mini EV elektrikli avtomobili Çində yalnız 200 gündür satılır və demək olar ki, 200 min maşın satılıb.
Kiçik elektrikli avtomobil həvəskarlar arasında çox populyarlaşdığından, istehsalçı bu elektrik kabrioletinin yenilənmiş bir versiyasını buraxmağa qərar verib. İndi avtomobil yumşaq qatlanan damla, eləcə də yeni faralar ilə təchiz edilib. Güzgülər və təkər diskləri də yenilənib.
Elektrikli avtomobilin salonu da dəyişdirilib. İndi iki məlumat giriş və çıxış ekranı və oturacaqlarda yüksək baş dayaqları var.
Avtomobilin elektrik mühərriki yalnız 20 at gücündədir və bir yükləmədən sonra 120 kilometr sürə bilərsiniz. Maksimum sürət saatda 100 kilometrdir.
Xüsusiyyətlər, digər elektrikli nəqliyyat vasitələri ilə müqayisədə, həqiqətən yüksək deyil, lakin bu elektrikli avtomobilin qiyməti 4500 dollardan az olacaq.
Wuling HongGuang Mini EV elektrikli avtomobili SAIC-GM-Wuling Automobile zavodunda buraxılacaq. SAIC-in payı burada 51 faizdir, ABŞ-ın General Motors 44 faiz, Wuling 5 faiz paya sahibdir.
Azərbaycana gətiriləcək peyvəndin ADI VƏ VAXTI AÇIQLANDI
Daha bir marşrut kartla ödənişə keçdi
Milli Konservatoriyada koronavirus  TƏHLÜKƏSİ - Dərslər dayandırıldı
Sidneydə üzərində Avstraliyanın ən böyük brilyantı olan üzük hərraca çıxarılıb - VİDEO
Sidneydə üzərində Avstraliyanın ən böyük brilyantı olan üzük hərraca çıxarılıb.
Məlumata görə, alıcı bunun üçün rekord səviyyədə 965.000 dollar (1 640 500 manat) ödəyib.
Yaşıl qitədəki ən böyük brilyant həmiçinin ölkədə satılan ən bahalı daş olub.
Qiymətli daş kvadrat şəklindədir və 25 karat ağırlığındadır.
Nikah üzüyünə qoyulmuş daş 47.961 karat ağırlığında işlənməmiş almazdan kəsilib.
"Satılan daş çox nadirdir, çox güman ki, öz növündə yeganədir. Qüsursuz keyfiyyətə sahib brilyantın 25 karatlıq ölçüsü insanı heyrətə gətirir", - deyə Hərrac Evinin zərgərlik şöbəsinin müdiri Hamiş Şarma bildirib.
2021-ci ilin “Avroviziya” mahnı müsabiqəsi mayın 18-dən 22-dək Niderlandın Rotterdam şəhərində, “Ahoy” konsert zalında keçiriləcək. Novator.az iştirakçıların çıxış ardıcıllığını təqdim edir:
18 may yarımfinalı
Litva – “The Roop” qrupu
Sloveniya – Ana Sokliç
Rusiya – Manija Sanqin
İsveç – Tusin Mikael Çiza
Avstraliya – Cessika Alissa Serro
Şimali Makedoniya – Vasil Qarvanliyev
İrlandiya – Lesli Roy
Kipr – Yelena Sanqrinu
Norveç – Andreas Haykeland
Xorvatiya – Albina Qrçiç
Belçika – “Huverfonik” qrupu
İsrail – Eden Alene
Rumıniya – Larisa Roxana
Azərbaycan – Samirə Əfəndi
Ukrayna – “Go A” qrupu
Malta – Destini Çukunyere
20 may yarımfinalı
San Marino – Senhit Zadik Zadik
Estoniya – Uku Suviste
Çexiya – Ben Kristovao
Yunanıstan – Stefaniya Liberakakis
Avstriya – Vinsent Bueno
Polşa – Rafal Brzozovski
Moldova – Natalya Qordiyenko
İslandiya – “Datamaqnit” qrupu
Serbiya – “Hurricane” qrupu
Gürcüstan – Tornike Kipiani
Albaniya – Anjela Peristeri
Portuqaliya – “The Black Mamba” qrupu
Bolqarıstan – Viktoriya Georgiyeva
Finlandiya – “Blind Channel” qrupu
Latviya – Samanta Tina
İsveçrə – Con Muharremay
Danimarka – Cesper Qrot və Laurits Emanuel.
Mayın 22-nə təyin olunan finala birbaşa vəsiqə alan iştirakçılar bunlardır:
Almaniya – Yendrik Ziqvart
Böyük Britaniya – Ceyms Nyumen
Fransa – Barbara Pravi
İspaniya – Blas Kanto Moreno
İtaliya – “Maneskin” qrupu
Niderland – Janqyu Makroy.
“Avroviziya” ictimai teleradiolar qurumu olan Avropa Yayım Birliyinin layihəsidir. 1956-cı ildən bəri “Avroviziya”da İrlandiya 7, İsveç 6, Niderland, Fransa, Lüksemburq, Böyük Britaniya 5, İsrail 4, Danimarka, Norveç 3, Avstriya, Almaniya, İtaliya, İspaniya, İsveçrə, Ukrayna 2 dəfə qalib olub.
Azərbaycan, Belçika, Estoniya, Finlandiya, Yunanıstan, Latviya, Monako, Rusiya, Serbiya, Türkiyə, Portuqaliya və tarixə qovuşmuş Yuqoslaviya 1 uğur əldə edib.