Dubnov: “Paşinyanın bu açıqlamaları Moskvaya qarşı açıq təxribatdır”

Nikol Paşinyanın KTMT qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində müşahidəçilər yerləşdirmək ideyası o qədər də ümidverici deyil.

“Ölkə.Az” xəbər verir ki, bunu MDB məkanı üzrə rusiyalı ekspert  Arkadi Dubnov “kommersnat"a açıqlamasında deyib.

Dubnov əmindir ki, Ermənistan-Azərbaycan sərhədində müşahidəçilər yerləşdirmək ideyası KTMT-də konsensus tapmayacaq və Rusiya sərhədçilərinin bütün sərhəd boyunca yerləşdirilməsi Bakının da xoşuna gəlməyəcək.

Bundan əlavə ekspert N.Paşinyanın açıqlamasındaki bəzi detallara diqqət çəkərək burada çox məqamlar görə bilərik.

“O deyir ki, əgər KTMT müşahidəçilərini  göndərə bilməzsə, o zaman onları ATƏT-dən olan müşahidəçilər əvəz edə bilər. Bu isə Moskvaya qarşı açıq bir təxribatdır və bunu Kremlin təkbaşına sülhməramlı funksiyasının öhdəsindən gələ bilməyəcəyinə işarədir. İrəvan açıq şəkildə bəyan edir ki, Rusiyadan kənarda -məsələn  Parisdə və Vaşinqtonda müttəfiqləri var”- ekspert qeyd edib.

Dubnovun fikrincə, KTMT mövzusuna toxunan Nikol Paşinyan 2018 -ci ildə hakimiyyətinin əvvəlində olduğu kimi eyni qayda üzərində addımlayır.

Qeyd edək ki, o zaman  Paşinyan KTMT-nin Baş katibi Yuri Xaçaturova qarşı cinayət işi açmaqla, onu bu postdan uzaqlaşadırmağa çalışdı.

 "Amma onun bu səyləri İrəvana heç bir fayda vermədi" - deyən ekspert əlavə edib ki, “vəziyyətdən həm KTMT, həm də Ermənistanın imicinə açıq şəkildə ziyan vurmaqla çıxdıq. Nikol Paşinyanın səhvini təkrar etdiyini anlayıb-anlamadığını bilmirəm, amma indiki ritorika da oxşar nəticələrə gətirib çıxara bilər”.

Mürtəza
Ölkə.Az

Mənbə:
0
68
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar