Dünyada ötən sutka koronavirusa yoluxanların sayı 644 mindən çox olub

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 644 mindən çox artıb.

AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatına istinadla xəbər verir ki, ötən sutka ərzində 644 min 685 nəfər yeni koronavirusa yoluxub, 10 min 501 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 153 milyon 187 min 889, ölənlər isə 3 milyon 209 min 109 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Ötən gün ərzində yoluxma hallarının yarıdan çoxu Cənub-Şərqi Asiya regionunun payına düşüb. Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (33,2 milyon), Hindistan (20,6 milyon), Braziliya (14,8 milyon), Fransa (5,6 milyon) və Türkiyədə (4,9 milyon) qeydə alınıb.

Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
111
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar