Eldəniz Səlimov deputat mandatından məhrum edilə bilər - AÇIQLAMA

Milli Məclisin üzvü Eldəniz Səlimovun polis əməkdaşına zor tətbiq etməsi xəbərləri, Azərbaycan ictimaiyyətində rezonans doğurub. Belə ki, onun deputat mandatının əlindən alınıb-alınmaması müzakirə mövzusuna çevrilib.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan Norma hüquq mərkəzinin direktoru Şamil Paşayev bildirib ki, Konstitusiyanın tələbinə görə, millət vəkili cinayət törətdikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda mandatdan məhrum edilə bilər:

“Deputat yalnız cinayət başında yaxalanarsa, tutula bilər. Digər hallarda deputatın cinayət və inzibati məsuliyyətə cəlb edilməsi, axtarışa, şəxsi axtarışa məruz qalması, inzibati həbs cəzasına məruz qalması mümkün deyil. 

Deputatı məsuliyyətə cəlb etmək istəyən orqan onun əməlində cinayət tərkibi olduqda dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir. Baş prokurorun təqdimatına əsasən, onun toxunulmazlığının götürülməsi, mandatdan məhrum edilməsi üçün Milli Məclisə müraciət edilir. Milli Məclis də öz növbəsində həmin şəxsin mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul edə və yaxud etməyə bilər. Bu, MM-in müstəsna səlahiyyətinə aiddir”. 

Ş.Paşayevin sözlərinə görə, burada deputatın törətdiyi əməlin nə dərəcədə olması da rol oynayır: “Ümumiyyətlə, şəxsi ictimai yerdə döymək əməlin xarakterindən asılı olaraq motivi yoxdursa, Cinayət Məcəlləsinin 221-ci-xuliqanlıq maddəsi ilə məsuliyyətə cəlb edilməsindən söhbət gedə bilər. Eyni zamanda burada nəzərə almaq lazımdır ki, xəsarətin dərəcəsi necədir. Xəsarətin dərəcəsinə görə, deputat fərqli maddələrlə məsuliyyətə cəlb edilə bilər. Polis əməkdaşının konkret olaraq hakimiyyət nümayəndəsi kimi çıxış etdiyi halda isə bu əməl 315-ci maddə ilə və xəsarətin dərəcəsinə uyğun olaraq 315.2-ci maddə ilə məsuliyyətə cəlb edilməsi mümkündür.

Təbii ki, bütün bunlardan əvvəl xuliqanlıq və hakimiyyət nümayəndəsinə müqavimət göstərmək az ağır cinayət kateqoriyasına daxildir. 

Amma bu da ümumilikdə 6-7 ilə qədər azadlıqdan məhrumetmə cəzasının verilməsi ilə nəticələnə bilər”.

Billurə Yunus

Mənbə:
0
76
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar