• Şikayət et

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda praktik təlim keçirilib

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda praktik təlim keçirilib.

 

Təlimçilər - uriogenekoloji və kolopraktoloji sahə üzrə ispaniyalı fizioterapevt Lucia Martines və fiziotetapiya cihazları üzrə koreyalı texniki mütəxəssis Derek Kvangs Lee olublar.

 

Təlimdə institutun direktoru, t.ü.f.d. Pərvin Əkbərov, institutun fizioterapevtləri, həmçinin ATU-nun Fizioterapiya və tibbi reabilitasiya fakültəsinin tələbələri iştirak ediblər.

 

Təlimin keçirilməsinin əsas məqsədi müasir innovativ avadanlıqlarla tanışlıq və onun üzərində praktik təlimlər aparmaq, eləcə də tibb heyətinə və tələbələrə bu cihazların tətbiq edilməsi və biliklərin çatdırılması olub.

 

İnstitutun direktoru P.Əkbərov bu sahədə öz biliklərini bölüşüb, belə təlimlərin mütəmadi keçirilməsinin tibb heyəti və tələbələr üçün biliklərin artırılması baxımından önəmini vurğulayıb.

Mənbə:
0
157
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar