Emmanuel Pietrobon: Cəbrayılda gəzdikcə müharibənin acı nəticələrini görürük

Hazırda Cəbrayıl ruhlar şəhərinə bənzəyir. Ermənilər bu əraziləri tamamilə viran qoyublar.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində İtaliyanın “II Giornale” qəzetinin müxbiri Emmanuel Pietrobon ifadə edib.

Jurnalist bildirib: “Burada gəzdikcə müharibənin acı nəticələrini görürük. Cəbrayıl sanki Xirosimadır. Burada şəhərdən heç nə qalmayıb. Bu mənzərə məni çox məyus etdi”.

Cəbrayıla gələrkən yolüstü Füzulidə də olduğunu bildirən Emmanuel Pietrobon azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin də şahidi olduğunu bildirib. O əminliklə bildirib ki, gələcəkdə bu yerlərdə gözəl şəhərlər salınacaq.

Mənbə:
0
61
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar