Çempionlar Liqasında başa çatan mövsümün ən yaxşı qolu açıqlanıb

UEFA Çempionlar Liqasının 2020/2021 mövsümündə ən yaxşı qolun müəllifi bəlli olub.
 
AzxeberSport Avropa futbol qurumunun rəsmi tvitter hesabına istinadən xəbər verir ki, azarkeşlərin səsverməsinə əsasən bu ada Portuqaliya "Portu"sunda çıxış edən Mehdi Terami layiq görülüb
 
İranlı hücumçunun 1/8 final mərhələsinin cavab matçında İngiltərənin "Çelsi" klubuna 90+3-cü dəqiqədə vurduğu baxımlı qol ən yaxşı seçilib. Teraminin qolu matçda yeganə olub.

İlk qarşılaşmada 0:2 hesabı ilə uduzan Portuqaliya təmsilçisi mübarizəni dayandırıb. "Çelsi" finalda İngiltərənin digər klubu "Mançester Siti"ni məğlub edərək turnirin qalibi olub.

 

Mənbə:
0
136
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar