Ərdoğanla Mərkəzi Bank rəhbəri arasında narazılıq yaranıb

Türkiyə Prezidenti Tayyip Ərdoğan, sələfini vəzifəsindən uzaqlaşdırdıqdan yeddi ay keçməmiş Mərkəzi Bank Başçısı Sahap Kavcıoğluna olan etibarını itirib və onlar son həftələrdə çox az ünsiyyətdə olub. 

Fins.az xəbər verir ki,məsələnin həssaslığı səbəbiylə adının anonim qalmasını istəyən mənbələr, Ərdoğanın faiz endiriminin keçən aya qədər gecikməsindən əsəbiləşdiyini bildirib. Ərdoğanın nə edəcəyi bəlli deyildi.

Ərdoğanın kommunikasiya direktoru Fahrettin Altun, Twitter  hesabında, Reuters xəbərinin "saxta xəbərlər" olduğunu açıqlayıb. Prezident ofisi, Ərdoğanın mərkəzi bank rəhbərinə güvənib -güvənməməsi ilə bağlı daha əvvəl verilən şərh istəklərinə cavab verməyib. 

Müəllif:Aynur Qəniyeva

Mənbə:
0
357
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar