“Ərə getməyi heç vaxt fikirləşməmişəm”

Müğənni Səidə Sultan maraqlı açıqlaması ilə diqqət çəkib.

Open.az xəbər verir ki, ATV-də yayımlanan “Günün sədası” proqramının qonağı olan ifaçı heç vaxt evlilik haqda düşünmədiyini bildirib:

“19 yaşımdan istəmişəm ki, hər zaman öz gücümə ayaqda qalım. Kimsə deməsin ki, Səidəyə mən eləmişəm hər şeyi. Heç vaxt kiməsə ayaqbağı olmamışam. Buna görə də çox vaxt mənə “Səidə qardaş” deyirlər. Arada deyirəm ki, mən qardaş deyiləm, bacıyam. Amma münasibətlərimdə problem yaranır. Hərdən elə olur ki, qadın deyil, kişi psixologiyasından çıxış edərək öz fikrimi bildirirəm. Buna görə də qarşıma çıxan insana da problem yaradıram. Ərə getmək haqda heç vaxt fikirləşməmişəm. Dostlarım isə demək olar bir-iki nəfərdir. Amma tanışlarım çoxdur. Hər kəs isə bir-biri ilə dost ola bilməz”. axşam.az

Mənbə:
0
897
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar