Eriksen “İnter”ə qoşulur – karyerası sual altındadır

Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen gələn həftə klubu “İnter”ə qoşulacaq.
 
AzxeberSport saytının məlumatına görə, ulduz futbolçunun karyerasını davam etdirib-etdirməyəcəyi məhz bundan sonra dəqiqləşəcək.
 
29 yaşlı pleymeyker əvvəlcə həkim müayinəsindən keçəcək, həmçinin bəzi testlər verəcək. Məhz bu testlərin cavabından sonra oyunçunun yüksək səviyyəli çempionatda iştirakının mümkün olub-olmadığı müəyyənləşəcək. Vəziyyət ürəkaçan olsa belə, yaxın 6 ay ərzində meydana çıxması gözlənilmir. Ancaq avqustdan kollektivə qoşula biləcək.
 
Qeyd edək ki, AVRO-2020-nin qrup mərhələsinin ilk turunda Finlandiya ilə oyunun əvvəlində Kristian Eriksenin ürəyi dayanıb. İlkin tibbi yardımdan sonra həyata dönən futbolçu uzun müddətdir həkim nəzarətindədir.
Mənbə:
0
83
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar