• Şikayət et

Saçın tez ağarmasının əsas SƏBƏBLƏRİ + MƏSLƏHƏTLƏR

Yaşlanmanın əlaməti olaraq bilinən saç ağarması bəzən erkən yaşlarda ola bilər. Saçın erkən bəyazlaması ən çox rastlanılan problemlərdən biridir. Bunun isə bir çox səbəbi ola bilər.

Medicina.az həmin səbəbləri təqdim edir:
 
Mütəxəssislərə görə, saç aparmasının əsas səbəbi B12 vitamininin əskikliyidir. Bu həmçinin saçların incəlməsinə və tökülməsinə yol açar. Bundan qorunmaq üçün qidalanmanıza yumurta, dana əti, balıq və somon kimi qidaları daxil edin.
 
Tiroit funksiyalarında problemin olması
 
Aparılan araşdırmalara görə, tiroid problemləri saçlara kökündən uca qədər təsir edir.
 
Saçlarınızda ağarma, qırılma ya da yağlanma problemi varsa, bunun səbəbi tiroidinizin yetərincə yaxşı çalışmamasıdır.
 
Düzgün qidalanmamaq
 
Düzgün qidalanmamaq da saçlarınızın erkən bəyazlamasına səbəb olar.
 
Stress və narahatlıq
 
Stresli və narahat olmaq, saçlarınızın yeniləyən kök hüceyrələrinə təsir edərək saçlarınızın vaxtından əvvəl ağarmasına yol açar.
 
Genetika
 
Ağ saçlar validenylərinizdən və ya nənə-babadan sizə “miras” qalmış ola bilər.
 
Dermatoloqlara görə, genetik kodlarımız saçlarımızın nə zaman bəyazlayacağından xəbər verə bilər. Yəni ailənizdə erkən yaşda saçları ağaran biri varsa, bunun sizə keçmə ehtimalı da yüksəkdir.
 
Kimyəvi saç məhsulları və zərərli boyalar
 
Şampunlardan saç boyalarına qədər bir çox saç məhsulları saç ağarmasına səbəb ola bilər. Bu məhsulların tərkibindəki zərərli kimyəvilər melanin səviyyəsini aşağı salar, bu isə saçlarınızın təbii rənginin itirilməsinə yol açar.
 
MƏSLƏHƏTLƏR
 
- Saçlarınızı günəşin zərərli təsirlərindən qoruyun. Mümkünsə çölə çıxdığınız zaman “şapka”dan və ya buna bənzər parçalardan istifadə edin.
- Saç maşası və saç qurudan alətlərdən mümkün qədər uzaq durun.
- Saçlarınızı mütəmadi olaraq kakos yağı ilə masaj edin.
- Gündəlik qidalanmanızda kələm, badam, kök suyu və brokkoli daxil edin.
 
0
8315
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar