Ermənistan 66 hərbçisini itirdi - AÇIQLAMA

Ermənistan 66 hərbçisini itirdi - AÇIQLAMA

Ermənistan Silahlı Qüvvələri ötən il noyabrın 11-dən bu günə qədər 66 hərbçisini itirib.  

KONKRET.az  “Razminfo”ya istinadən xəbər verir ki, Rusiya Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli Bəyanatdan sonra ən azı 66 erməni hərbçi məhv edilib.

Onlar əsasən Qarabağda mühasirəyə alınaraq, ya da sərhəddə baş verən toqquşmalar və mina partlayışları nəticəsində həlak olub.

42 erməni hərbçisi isə qeyri-döyüş şəraitində, yəni intihar, avtomobil qəzaları, qətl və silahlı insident nəticəsində öldürülüb.

Saytın yazdığını görə, 10 noyabr razılaşmasından bəri  85 nəfərə yaxın erməni hərbçisi əsir alınıb. Onlardan 30 nəfəri mina xəritələrinin qarşılığında geri qaytarılıb. Məlumatda həmçinin eyni vaxtda 3 erməni hərbçisinin itkin düşdüyü yazılıb. Qeyd olunub ki,  onlardan Norik Mkrtçyan mayın 18-də könüllü şəkildə Vardenisdəki hərbi hissəni tərk edib. Haqqında heç bir məlumat yoxdur. Digər hərbçilər A.Nalbandyan və A.Torozyanla isə əlaqə kəsilib və bu günə qədər tapılmayıblar.

0
1061
1
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar