• Şikayət et

Ermənistanın işğalçı siyasətinə son qoyuldu-TƏHLİL

Ötən il Azərbaycan ərazisinin 20 faizi 30 illik işğal altında Ermənistanqaldıqdan  sonra azad edildi. Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etməsi Ermənistanın 30 illik işğalçı siyasətinə son qoydu.  

İşğal nəticəsində bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin salınmışdır. Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, qadınlar və uşaqlar da daxil olmaqla 613 nəfər günahsız dinc sakini qətlə yetirmişdir. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınmışdır. Müasir dövrdə bəzi dövlətlərin məqsədyönlü şəkildə bu soyqırımı tanımırlar. Bunu etməklər onlar ermənilərin Xocalıda törətiyi cinayətə ortaq olurlar. 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın olunmuşdur. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edilmişdir. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsi sona çatmışdır. Münaqişə tarixdə qalmışdır. Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Azərbaycan xalqı öz gücü, qüdrəti hesabına bu münaqişəni tarixə qovuşdurmuşdur. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə bütün dünyanı heyran qoydu. Müasir silahlarla təchiz edilmiş rəşadətli ordumuz 21-ci əsrin müharibəsini apardı və qalib gəldi. Azərbaycanın qələbəsini təmin edən əsas  amil ordu quruculuğudur.  Ulu Öndər Heydər Əliyev həmişə ordu quruculuğuna xüsusi diqqət yetirmişdir. Ulu Öndərimizdən sonra ölkə rəhbərliyinə gələn cənab prezident İlham Əliyev də ordu quruculuğuna xüsusi diqqət yetirmiş və bu diqqət vətən müharibəsində Azərbaycanın qələbə qazanmasında müstəsna rol oynamışdır. 

30 il ərzində mənfur düşmənlərimiz işğal altında saxladığı ərazilərin bütün infrastrukturunu dağıdıblar.İşğaldan azad olunmuş ərazilər erməni faşizminin şahididirlər. İşğal dövründə Azərbaycanın bütün şəhər və kəndləri yerlə-yeksan edilmişdir. Xarici mütəxəssislər Ağdam şəhərini “Qafqazın Hirosiması” adlandırırlar. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. 60-dan artıq məscid Ermənistan tərəfindən dağıdılmışdır. Məscidlər inək və donuzların saxlanılması yerlərinə çevrilmişdir. Ermənistan etdiyi vəhşiliklərə görə cavab verməlidir. Ermənilər mütləq cəzalandırılmalıdırlar. Haqq və ədalət öz yerini tapmalıdır. 

Anar Salehoğlu (Qarayev)
 

Analoq.az

Mənbə:
0
8698
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar