• Şikayət et

Eşidənlər inanmadı - Futbolçulara 400 min dollarlıq avtomobil hədiyyəsi + FOTOLAR 

FIFA Dünya Çempionatı ərəfəsində gözlənilməz sürprizlərlə yanaşı flaş hadisə yaşanıb.

 

Sfera.az bildirir ki, Argentinanı məğlub edən Səudiyyə Ərəbistanı milli komandasının hər bir oyunçusuna vəliəhd şahzadə Məhəmməd bin Salmandan Rolls-Royce avtomobili hədiyyə edilib.

 

Turnirin favoritləri arasında göstərilən və Lionel Messinin kapitanı olduğu Argentina Milli Komandasını 1:0 geriləməsinə baxmayaraq 2:1 hesabı ilə məğlub edən Səudiyyə Ərəbistanı Milli Komandası vəliəhdi çox sevindirib.

 

Qarşılaşmadan sonra böyük sevinc yaşayan Səudiyyə Ərəbistanı milli komandasına mükafat vəliəhd şahzadə Məhəmməd bin Salmandan gəlib. Bazar dəyəri 400 min dollar civarında olan bu hədiyyədən sonra futbolçular arasında böyük sevinc yaşandığı bildirilib.

 

Qeyd edək ki,Argentina qələbəsindən sonra Səudiyyə Ərəbistanında rəsmi tətil elan edilib.

 

Aynil

Sfera.az

Mənbə:
0
50
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar